Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prokurorluq yayılan məlumatları təkzib edib

Baş Prokurorluq məlumat yayıb...

Əvvəllər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən oğurluq, dələduzluq, vergiləri ödəməkdən yayınma, özbaşınalıq cinayətlərinə görə 2011-ci ildə məhkəmə məsuliyyətinə verilərək uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Böyükağa Abdullayevin “Hürriyyət“ qəzetinin 15 noyabr 2022-ci il tarixli buraxılışında dərc olunmuş, faktların qərəzli surətdə təhrif olunduğu məqaləsində Vüqar Məmmədovun hüquqlarının guya Binəqədi və Xəzər rayonlarının ibtidai araşdırma orqanları tərəfindən pozulması, süründürməçilik hallarına yol verilməsinə dair xüsusatlar tərəfimizdən təkzib edilir.

PİA.az xəbər verir ki, bu barədə Baş Prokurorluq tərəfindən yayılan məlumatda bildirilib.

Məlumatda daha sonra deyilir: “Bildiririk ki, vətəndaş Vüsal Əkbərovun 2021-ci ilin aprel-may aylarında Binəqədi rayonu ərazisində Əhəd Hüseynova qarşı dələduzluq edərək onun xeyli miqdarda pul vəsaitini ələ keçirməsi faktına görə Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb.

6 iyun 2022-ci il tarixdə Vüsal Əkbərov barəsində olan həmin cinayət işi mahiyyəti üzrə baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib, hazırda məhkəmə baxışı davam edir.

Həmçinin, Böyükağa Abdullayevin mətbuatda özünü nümayəndəsi kimi təqdim etdiyi Vüqar Məmmədovun 4 min manat pulunun 2021-ci ilin oktyabr ayında Vüsal Əkbərov tərəfindən ələ keçirilməsi barədə ərizəsi Xəzər rayon polis idarəsinin İstintaq şöbəsinə daxil olub.

Vüsal Əkbərovunn barəsində Binəqədi RPİ-də olan cinayət işi üzrə istintaq yekunlaşdığından həmin müraciətin vahid icraatda araşdırılması mümkün olmamış və bu səbəbdən ərizə iddia olunan qanunsuz hərəkətin törədildiyi ərazi aidiyyəti nəzərə alınaraq Xəzər RPİ-də araşdırılmaqla, hər iki şəxs arasında mübahisənin mülki xarakterli olduğu qənaətinə gəlinib. Bununla bağlı müvafiq prosessual qərar qəbul edilməklə, tərəflərə məhkəməyə müraciət etmək hüquqları izah olunub.

Eyni zamanda, media nümayəndələrindən ibtidai araşdırma orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan məlumatların dərc olunmazdan əvvəl Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunmaqla, həqiqətə uyğun olmayan, cinayət təqibi orqanlarının və məhkəmələrin qanuni fəaliyyəti nəticəsində məhkum edilmiş şəxslərin qərəzli, böhtan xarakterli və ibtidai araşdırmaya qanunsuz təsir göstərmək məqsədi daşıyan yazıların yayımlanmasının qanunla nəzərdə tutulan məsuliyyətə səbəb olması diqqətə çatdırılır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar