Baş prokuror Zakir Qaralov və prokurorluq əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil qoyublar...
Bu gün - oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı münasibətilə Baş prokuror Zakir Qaralov və prokurorluq əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil qoyublar.
APA-nın məlumatına görə, oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının xatirəsi yad edilib, "Əbədi Məşəl" abidəsinin önünə əklil qoyulub.
pia.az