Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezidentin apardığı islahatlara qarşı çıxan “gözəgörünməz“ qüvvələr var“ - Sabiq deputat

Sabiq deputat ölkədə korrupasiya halları ilə bağlı baş vermiş həbslərə münasibət bildirib...

“Cənab Prezident və Birinci-vitse Prezident Mehriban xanım dəfələrlə ölkədə yeni dövrün başlandığını elan ediblər. Təbii ki, bu da kadr islahatları ilə yanaşı, rüşvət və korrupsiyaya qarşı mübarizəni də ehtiva edir”.

PİA.az xəbər verir ki, bu sözləri Moderator.az-a ölkədə bir sıra məmurların korrupsiyaya görə həbs edilməsinə münasibət bildirərkən sabiq deputat, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.

Ç. Qənizadə bildirib ki, Milli Məclisə seçkilərin növbədənkənar keçirilməsi də ölkədə aparılan islahatların tərkib hissəsi idi:

“Bu islahatlar icra strukturlarında da davam etdirilir və bir sıra kadrların yenilərlə əvəzlənməsi ilə müşayiət olunur. Eyni zamanda bu çərçivədə rüşvət və korrupsiyaya bulaşmış köhnə kadrlara qarşı mübarizəni də görürük.

Bu gün də belə bir xoşagəlməz xəbər yayıldı. Bu, bir tərəfdən korrupsiyaya qarşı mübarizə fonunda müsbət haldır, ancaq digər tərəfdən bir vətəndaş kimi arzu etməzdik ki, bizim ölkəmizdə belə neqativ hallara yol verən insanlar olsun, onların həbsi də cəmiyyətdə müzakirə predmetinə çevrilsin. Biz rüşvətsiz, korrupsiyasız və şəffaf bir cəmiyyətin, söz və hüquq azadlıqlarının təntənəsini yaşayan bir ölkənin vətəndaşı olmağı arzulayrıq. Bu istqamətdə də iş gedir.

Ancaq görünən odur ki, Cənab Prezidentin apardığı bu islahatlara qarşı çıxan qüvvələr də var. Onların bəziləri bilinir, ancaq bəziləri “gözəgörünməz” qüvvələrdir. Bu şəxslər tədricən aşkarlanıb vəzifələrindən uzaqlaşdırılırlar və ya cəzalandırılırlar.

Təəssüf ki, yenilənmək istəməyən insanlar, yeniliklərlə ayaqlaşa bilməyən “köhnələr” var və onlar tutduqları mövqeləri itirmək istəmirlər. Həm də Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqdan nəticə çıxarmırlar və çirkin əməllərini davam etdirirlər. Ölkə başçısının dediyi kimi, belələri nə qanundan qorxurlar, nə də Allahdan.

Bu gün cəmiyyətimizdə nə qanundan, nə də Allahdan qorxmayan müəyyən adamlar var ki, hesab edirəm ki, onların hamısı gec-tez bu şəkildə ifşa ediləcəklər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar