Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub - Yenilənib, Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyub.

PİA.az xəbər verir ki, Prezident İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı “İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanının icrası məqsədilə bütün inzibati ərazilərdə dağıdılan paylayıcı elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması istiqamətində işlərə başlanılıb. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bildirib ki, ilk növbədə, Hadrut qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün Füzuli rayonundakı 110/35/10 kV-luq “Şükürbəyli” yarımstansiyasından “Hadrut” yarımstansiyasına qədər uzunluğu 27 kilometr olan 35 kV-luq ikidövrəli hava xətti çəkilib.

Bununla da Hadrut qəsəbəsində yerləşən strateji obyektlər elektrik enerjisi ilə təchiz edilib. Şuşa şəhərinin qısa vaxtda elektrik enerjisi ilə təmin olunması üçün 35/10 kV-luq “Daşaltı” yarımstansiyası inşa edilib. Yarımstansiyanı qidalandırmaq üçün “Hadrut” yarımstansiyasından 53,5 kilometr uzunluğunda elektrik veriliş xətti çəkilib. “Hadrut”-“Daşaltı” elektrik veriliş xətti vasitəsilə ilkin mərhələdə Şuşa şəhərinin, Xocavənd rayonunun bəzi kəndlərinin və ətraf ərazilərdəki mühüm strateji obyektlərin, eyni zamanda, bu istiqamətdə aparılan yol infrastrukturu və digər tikinti işlərinin elektrik təchizatı təmin edilib.

Xəttin keçdiyi ərazi öncə minalardan təmizlənib. Çətin relyef, qar və şaxtalı hava şəraitinə baxmayaraq 37 gün ərzində gecə-gündüz aparılan işlərdən sonra bu il yanvarın 7-də Şuşa şəhərində Azərbaycan işığını yandırmaq mümkün olub. “Hadrut” yarımstansiyası hazırkı vəziyyətdə belə işğaldan azad olunmuş əksər ərazilərə elektrik enerjisinin ötürülməsində önəmli funksiyanı yerinə yetirir. İnnovativ yeniliklərin tətbiqi ilə yeni inşa olunacaq yarımstansiyanın da perspektiv plan üçün önəmi çox böyükdür.

Belə ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq. “Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək. Yarımstansiyada Ağıllı Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq.

Prezident İlham Əliyev yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoydu.

Fotolar

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

"Report" xəbər verir ki, dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar