Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb
Sərəncama əsasən, Azərbaycan Respublikasında idman səhiyyəsinin inkişafında xidmətlərinə görə Ələkbərova Esmiralda Əhəd qızına “Əməkdar həkim” fəxri adı verilib.
***
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:
Həşimov İsmayıl Teymur oğlu
Demina Tanziliya Zaxarovna
Məmmədov Yaqub Əkbər oğlu
Məmmədov Vahid Şərafəddin oğlu
Əlimzanov Şamil Əhmədcanoviç
İbrahimov İbrahim Eldar oğlu
İşməmmədova Svetlana Bəşirovna.
***
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:
Nərimanov Elşad Əhməd oğlu
Əliyev Elxan İzzət oğlu
Mircavadov Ağasəlim Seyidəhməd oğlu.
pia.az