Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa XİN: ABŞ Ukraynaya yardım etməsə, Avropa ölkələri nüvə proqramını inkişaf etdirəcək

ABŞ Konqresi Ukraynaya 60 milyard dollar yardımı təsdiqləməsə, Birləşmiş Ştatlar və dünyadakı ittifaqlar üçün ciddi nəticələr olacaq...

Poliqon xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Bloomberg Agentliyinə müsahibəsində bildirib.

2Əgər əlavə yardım göstərilməsə və ABŞ müttəfiqləri məyus olsa, Birləşmiş Ştatların kömək edə bilməyəcəyini başa düşsələr, bu, ABŞ-ın bütün dünya üzrə müttəfiqləri üçün ciddi nəticələrə səbəb olacaq", deyə XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, ölkələr özlərini sığortalamağa başlayacaq, digərləri isə öz nüvə silahı proqramlarını inkişaf etdirmək imkanlarını nəzərdən keçirəcəklər.

Fevralın 13-də ABŞ Senatında Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım ayrılmasına dair qanun layihəsi kifayət qədər səs toplayıb. Fevralın 14-də məlum olub ki, ABŞ Konqresinin Nümayəndələr Palatası bunu dəstəkləmək niyyətində deyil.

Parlamentin Aşağı Palatasının spikeri Mayk Conson deyib ki, irəli sürülən qanun layihəsi Amerika sərhədində nəzarəti təmin etmək üçün heç nə etmir. Onun sözlərinə görə, respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatası bu məsələ ilə bağlı təzyiqlərə boyun əyməyəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Komitə: 4 uşağını küçəyə atdığı deyilən qadının kimliyi müəyyən olunub

Ən çox oxunanalar