Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polkovnik həkim səhvinin qurbanı olub? - Yeni detallar 

Polkovnik Şəmsəddin Abışovun vəfat etməsi ilə bağlı bəzi detallar məlum olub.

Poliqon.info bakupost.az-a istinadən xəbər verir ki, o, oktyabrın 18-də həkim müayinəsi zamanı qəfildən dünyasını dəyişib.

Belə ki, Ş.Abışov məşhur xəstəxanalardan birinə ürəyini müayinə etdirməyə gedib. Prosedura uyğun olaraq əvvəlcə o, kardioqramma, sonra exokardioqrafiya (EXQ) olunub. Görünür, həkim daha bir müayinəni lazım bilib və stress test müyinəsinə yazıb.

Stress testdə pasiyent qaçır və bu ürəyinin iş yükünü hesablamağa imkan verir. Ürəyin fiziki yükə nə qədər dözümlü olub-olmamasını bilmək üçün həm sakit, dinc halda, həm də fiziki hərəkət zamanı test olunur. Bu test zamanı insan orqanizmi daha çox işlədikcə ürək daha çox qan vurmağa məcbur olur və daha çox enerji sərf olunur.

Polkovnik Ş.Abışov bu müayinə vaxtı özünü sarahat hiss edib. Həkim ona müalicə yazıb. Bundan sonra, o, oğluna zəng vurub və onu xəstəxanaya çağırıb. Ona özünü pis hiss etdiyini, maşını sürmək lazım olduğunu deyib. Bu danışıqdan bir qədər sonra Ş.Abışov xəstaxananın dəhlizində oturduğu yerdə özündən gedib. Onu təcili angioqrafiya (anju) müayinəsinə aparıblar və məlum olub ki, tromb əsas damarlarını tutub. Həkimlərin səyinə baxmayaraq, polkovnikin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Şəmsəddin Abışov 1992-ci ildən 2016-cı ilə qədər Azərbaycan Ordusunda zabit kimi xidmət edib. Xidmət etdiyi dövrlərdə döyüş bölgələrində böyük həcmli hərbi hissə komandiri, birliyin qərargah rəisi vəzifələrinə qədər yüksəlib.

2013-2016-cı illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin rəisi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparıcı kafedraların rəisi vəzifələrində xidmət edib. 2016-cı ilin sonunda təyin edilmiş yaş həddinə görə Silahlı Qüvvələrdən "polkovnik" rütbəsi ilə ehtiyata buraxılıb.

2018-ci ilin sentyabr ayında gömrük xidməti polkovniki rütbəsi verilməklə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini vəzifəsinə, təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2007-ci ildə "Vətən uğrunda" və 2012-ci ildə "Hərbi xidmətlərinə görə" medallarına layiq görülüb. Bundan başqa Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ş.Abışova mənzil hədiyyə edilib. Eləcə də Müdafiə nazirliyi tərəfindən də bir çox medallarla təltif olunub. Müharibə və Silahlı Qüvvələr veteranıdır.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Ən çox oxunanalar