Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloqdan Ermənistanın BCM-də ölkəmizə qarşı iddia qaldırmasına reaksiya: Azərbaycan nəyi gözləyir?..

Ermənistan Azərbaycanı hərbi cinayətlərdə ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsində ölkəmizə qarşı iddia qaldırmağa hazırlaşır...

Natiq Miri: “Ermənistan tərəfindən həyata keçirilən bu hüquqi müraciətlər ərazi iddiası ilə paralelolaraq , bir də Azərbaycanı beynəlxalq səviyyədə ittiham etmək xarakteri daşıyır”.

“Bu illər ərzində Azərbaycana vurulan maddi-mənəvi zərərlər hesablanıb BMT Məhkəməsinə, İnsan Hüquqları Məhkəməsinə müraciət oluna bilərdi”.

Bu sözləri politoloq Natiq Miri Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsində ölkəmizə qarşı iddia qaldırmağa hazırlaşmasını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın AİHM-dəki nümayəndəsi Yeqişe Kirakosyan İctimai Televiziyanın efirində bildirib ki, Ermənistan Azərbaycanı hərbi cinayətlərdə ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsində ölkəmizə qarşı iddia qaldırmağa hazırlaşır. Kirakosyan qeyd edib ki, insanların Qarabağdan məcburi köçürülməsi bəşəriyyətə qarşı aşkar cinayət aktıdır və hazırda BCM-yə müraciət üçün daxili hazırlıq prosesləri gedir.

Ermənistanın bu tipli addımları bir daha ölkəmizə qarşı ərazi iddialarından xəbər vermirmi? Digər tərəfdən, 30 il müddətində Azərbaycan ərazilərini işğal edərək tükürpədici hərbi cinayətlər tərədən, insanları kütləvi şəkildə öldürüb şəhərlərimizi viran qoyan Ermənistan bu cinayətlərə görə nə zaman hüquqi müstəvidə cavab verəcək? Azərbaycanın bu xüsusda atdığı addımları qanedicidirmi?

Azərbaycanın Ermənistanın törətdikləri cinayətlərə qarşı səssiz qalma səbəblərini Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bunu da qətiyyən doğru siyasət saymıram. Düşünürəm ki, Azərbaycan bu yöndə gecikib”.

Azərbaycanın hücum etməli olduğu halda, hüquqi cəhətdən müdafiə olunma məcburiyyəti ilə üzləşəcəyini qeyd edən politoloq Poliqon-a açıqlamasında bunu da qətiyyən doğru siyasət saymadığını vurğulayıb:

“Əslində Ermənistanın Roma statusunu təsdiq etməsi və Beynəlxalq Cinayət Məhkəməsinə üzv olması məhz Azərbaycana qarşı bu hüquqi tribunadan istifadə etmək məqsədi daşıyır. Çünki nə qədər də hüquqi müstəvi olmuş olsa da, bu xristian dünyasının göbəyində yerləşən bir məhkəmədir. Bu günə qədər çıxarılan qərarlar da göstərir ki, bu qərarlar sadəcə olaraq mühakimə olunanda yalnız hüquqi müstəvidə dəyərləndirilmir. Burada siyasi, geosiyasi, hətta dini müstəvi də gözardına gətirilir ki, bu qurumlardan da ədalətli qərarların çıxacağını Azərbaycan gözləməli deyil.

Eyni zamanda Ermənistan tərəfindən həyata keçirilən bu hüquqi müraciətlər ərazi iddiası ilə paralelolaraq , bir də Azərbaycanı beynəlxalq səviyyədə ittiham etmək xarakteri daşıyır. Çünki bu ittihamların arasında insanlığa qarşı böyük cinayət, etnik təmizləmə kimi böhtan və ittiham xarakterli müraciətlər var. Azərbaycanı bu xüsusda ittiham etmək istəyirlər ki, bu yöndə qərar çıxarsa, bu Azərbaycan dövləti üçün arzuolunmaz bir proses yarada bilər. Buna görə də, Azərbaycan buna qarşılıq olaraq ən azından 30 il müddətində əraziləri işğala məruz qalarkən, bir milyona yaxın insanları da öz doğma yurdundan zorla, döyülərək, öldürərək qovulublar. Son bir neçə il ərsində işğaldan azad olunan ərazilərdə ermənilər tərəfində qətlə yetirilən mülki şəxslərin kütləvi məzarlıqları aşkarlanır. Niyə bu faktlarla bağlı Beynəlxalq Məhkəmələrə müraciətlər olunmur?

Həmçinin bu gün yüzlərlə Azərbaycan dövlətinə hələ də məlum olmayan kütləvi məzarlıqlar mövcuddur ki, zaman-zaman bu məzarlıqlar üzə çıxacaqlar. Bütün bunlar müharibə cinayətilərdir, insanlıq əleyhinə törədilmiş böyük bir cinayətdir. Paralel olaraq bu məzarlıqlarda sadəcə müharibə nəticəsində həlak olmuş Azərbaycan əsgərləri yatmır. Burada qocalar, qadınlar, hətta körpə uşaqlar belə qətlə yetirilərək kütləvi məzarlıqlara atılıblar. Eyni zamanda bir də 30 il müddətində işğal olunmuş ərazilərdə bütün yaşayış məskənləri yerlə yeksan olub, sökülüb darmadağın olub. Mədəniyyət, tarixi abidələr, dini məsçidlər, kənd təsərrüfatı və emal sənaye müəssisələri hamısı yerlə yeksan olunub.

Natiq Miri: “Əgər belə ediriksə, ləngiyəriksə, haqlı olduğumuz yerdə haqsız duruma düşərik”.

Bu illər ərzində Azərbaycana vurulan maddi-mənəvi zərərlər hesablanıb BMT Məhkəməsinə, İnsan Hüquqları Məhkəməsinə müraciət oluna bilərdi. Azərbaycan nəyi gözləyir? Hələ bu sualın cavabı bəlli deyil. Ermənistanın bu təzminatı ödəyə bilmək imkanı yoxdur deyə, yaxuddakı bir sülh müqaviləsi gələcəkdə imzalanacaq deyə, Ermənistana bu səviyyədə güzəştlər ola bilərmi? Əgər belə ediriksə, ləngiyəriksə, haqlı olduğumuz yerdə haqsız duruma düşərik. Çünki Ermənistan bu boyda insanlıq əleyhinə cinayət törətmişkən, haqsız durumdan haqlı duruma keçərək Azərbaycana qarşı bir də hücuma keçir. Azərbaycan guya erməniləri zorla köç etməyə məcbur edib kimi böhtan və ittihamlarla çıxış edir.

Düşünürəm ki, bu günə qədər az müddət keçməyib. 2020-ci ildən bu yana 3 ildən artıq zaman keçib. Ən azından indiyə qədər bütün faktları toplayıb, dəyərləndirib, hüquqi cəhətdən əsaslandırıb bütün beynəlxalq məhkəmələrə müraciət olunmalı idi. Əks halda biz hücum etməli olduğumuz halda, hüquqi cəhətdən müdafiə olunma məcburiyyəti ilə üzləşəcəyik. Bunu da qətiyyən doğru siyasət saymıram. Düşünürəm ki, Azərbaycan bu yöndə gecikib”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar