Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Yəməndə baş verənlər Qərbin Rusiya-İran-Çin üçbağına qarşı yönəltdiyi addımdır...

Dünən yenidən ABŞ və Böyük Britaniya Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) mövqelərinə hücum edib...

Samir Hümbətov: “ABŞ və Böyük Britaniyanın husilərin mövqelərini bombalamağına görə İran-Rusiyanın onlar qınaması hadisələrin necə cərəyan etdiyini, hansı qruplaşmaların arxasında hansı güclərin dayandığını göstərir”.

“Mən hesab edirəm ki, Yəməndə bu hadisələrin baş verməsi, husilərin mövqelərinin bombalanması ümumillikdə Yaxın Şərqdə və ərəb yarımadasında vəziyyətin daha ağır, kritik hal almasına gətirib çıxaracaq”.

Bu sözləri politoloq Samir Hümbətov ABŞ və Böyük Britaniya Yəməndəki husilərə hücum etmələrini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, ABŞ və Böyük Britaniya Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) mövqelərinə hücum edib. Qırıcılar, döyüş gəmiləri və sualtı qayıqlardan endirilən zərbələrlə husilərin Səna, Hudeyda, Səada, Hodeyda, Taiz və Dhamar şəhərlərindəki mövqeləri vurulub. Aİ ölkələri də ABŞ və Böyük Britaniyaya dəstək verəcəyini açıqlayıb. Digər tərəfdən isə, Rusiyaİran hadisəni qınayıb.

Dünən isə yenidən ABŞ və Böyük Britaniya Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) mövqelərinə hücum edib.

Qərb koalisiyası Qırmızı dənizdən keçən hücumları dayandırmq məqsədi ilə Yəmənə hərbi müdaxilə edə bilərmi və bu müdaxilə Yaxın Şərqdə hansı geosiyasi dəyişikliklərə səbəb ola bilər?

Yaxın Şərqdə baş verən hadisələri Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Düşünmürəm ki, İran yaxud da Rusiya husilərə verdiyi dəstəyi dayandıracaq”.

Artıq Yəməndə husilər üzərindən baş verən hadisələrin cəbhəni genişləndirdiyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bir tərəfdən Rusiya-İran, arxa fonda isə Çinin olduğu bir blok, digər tərəfdə isə ABŞ-Böyük Britaniyanın, ümumlikdə isə kollektiv Qərbin formalaşdırdığı bir koalisiya var:

ABŞ və Böyük Britaniyanın Yəməndəki husilərin mövqelərinə hücum etməsi və onları bombardman etməsini artıq bir neçə gündür beynəlxalq media yayır. Amma işin kökü haradan başlayır və necə olması barədə detallı məlumatlar yoxdur.

Onu qeyd edim ki, husilər 2015-ci ildən başlayaraq Yəməndə hakimiyyəti ələ almış və hökuməti devirmiş silahlı qruplaşmadır. Onlar daha çox İranla bağlıdırlar, amma bir məsələ də var ki, Rusiya da müəyyən mənada onlara dəstək göstərməkdədir. ABŞ və Böyük Britaniyanın husilərin mövqelərini bombalamağına görə İran-Rusiyanın onlar qınaması hadisələrin necə cərəyan etdiyini, hansı qruplaşmaların arxasında hansı güclərin dayandığını göstərir.

Samir Hümbətov: “Burada söhbət husilərdən getmir. Bu daha çox İranın mövqelərinə endirilən zərbələr kimi dəyərləndirilə bilər”.

Mən hesab edirəm ki, Yəməndə bu hadisələrin baş verməsi, husilərin mövqelərinin bombalanması ümumillikdə Yaxın Şərqdə və ərəb yarımadasında vəziyyətin daha ağır, kritik hal almasına gətirib çıxaracaq. Düşünmürəm ki, İran yaxud da Rusiya husilərə verdiyi dəstəyi dayandıracaq. Artıq Yəməndə husilər üzərindən baş verən hadisələr cəbhəni sürətləndirir. Bir tərəfdə4n Rusiya-İran, arxa fonda isə Çinin olduğu bir blok, digər tərəfdə isə ABŞ-Böyük Britaniyanın, ümumlikdə isə kollektiv Qərbin formalaşdırdığı bir koalisiya var.

Mən hesab edirəm ki, burada söhbət husilərdən getmir. Bu daha çox İranın mövqelərinə endirilən zərbələr kimi dəyərləndirilə bilər. Husilərin maddi-texniki təminatı, ümumiyyətlə onların dəstəklənməsi İran tərəfindən birbaşa, Rusiya tərəfindən isə dolayısı ilə həyata keçirilir. Çin də həmçinin. Bu baxımdan düşünürəm ki, Yəməndə baş verənləri Qərbin Rusiya-İran-Çin üçbağına qarşı yönəltdiyi addım kimi dəyərləndirmək olar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar