Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Türkiyə çıxılmaz vəziyyətdədir, artıq güvənə biləcəyi bir ölkə qalmayıb”

“Reallıq ondan ibarətdir ki, Türkiyə hal-hazırda Suriyada Rusiya, İran və Bəşəd Əsədə qarşı çıxmaqda acizdir”

Bu sözləri politoloq İlqar Vəlizadə “Astana sazişi” ölkələrinin Tehran Sammitini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

İki gün öncə Tehranda İran İslam Respublikası prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın iştirakı ilə Suriya sammiti baş tutub. Suriya problemi ilə əlaqədar İranın paytaxtı Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli sammitində tərəflər birgə bəyannamə imzalayıblar. Ortaq bəyanatda Prezidentlər Astana formatı ilə əldə edilən nailiyyətlərdən məmnunluqlarını ifadə ediblər.

Sammitdə çıxış edən İran Prezidenti Həsən Ruhani Suriyanın terrorizmə qarşı müqavimət göstərməyə davam edəcəyini və İsrailin Suriya ərazisini tərk etməli olduğunu bildirib. Rusiya Prezidenti Vladimir Putin İdliblə bağlı bildirib ki, terrorçular orada provokasiyalar hazırlayırlar. O, həmçinin qeyd edib ki, Suriya ərazisinin 95%-i beynəlxalq terrorizmdən azad edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında deyib ki, Türkiyə artıq qaçqın qəbul etmək gücündə deyil və Suriya ordusunun İdlibdəki əməliyyatının humanitar fəlakətə gətirib çıxaracaq.

İran, Rusiyaİran prezidentləri həmçinin didərginlərin könüllü və təhlükəsiz vəziyyətdə öz ev-eşiklərinə qayıtmaları üçün lazımı şəraitin yaradılmasını vurğulayıblar.

Ümumilikdə isə siyasi müşahidəçilərin fikrincə, Suriyada yaranmış son vəziyyətlə bağlı Rusiya, Türkiyə və İran liderlərinin Tehrandakı son görüşü demək olar ki, nəticəsiz başa çatıb və görüşdə heş bir taleyüklü problem öz həllini tapmayıb. Ona görə də sammit iştirakçıları formal olaraq bəyanat qəbul etməklə kifayətləniblər. Sammitin gedişatı zamanı o da görünüb ki, Suriya ətrafında ittifaq quran bu üç ölkənin bir-birinə inam və etimadı yoxdur və bu ittifaq demək olar ki, fundamentsiz fəaliyyət göstərir.

Sammitdə heç bir qərara gələ bilinmədiyi üçünsə, yaxın günlərdə Rusiya prezidenti Vladimir Putin Türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla yenidən bir araya gələcək. Bu barədə Kremldən verilən məlumatda bildirirlir. Rusiya liderinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər. Rusiya və Türkiyə liderlərinin ikinci görüşə ehtiyac duymaları həm də ondan xəbər verir ki, Türkiyə və Rusiyanın Suriyanın gələcəyi ilə bağlı görüşləri tamamilə fərqlidir və ancaq hazırkı situasiya üzərində formalaşıb. Lakin hər iki ölkə üçün və eyni zamanda İran üçün üç dövlətin Suriya üzərində anlaşma tapmaqları çox vacibdir. Çünki əks təqdirdə Suriyada son illər yaranan balans pozular və yenidən Suriyada böyük müharibə alovlanar.

Buna görə də Rusiyanın ikinci görüş üçün etdiyi cəhd başa düşüləndir. Rusiya hər şeydən əvvəl Türkiyəni öz dairəsində saxlamağa məcburdur ki, Bəşər Əsədə qarşı olan Qərb Koalisiyası təşəbbüsü Rusiyanın əlindən ala bilməsin.

Maraqlıdır, İdlib ətrafında baş verənlər “Astana sazişi” ölkələrinin ittifaqını parçalaya bilərmi və İdlibə görə Türkiyənin yenidən Qərbə üz tutması mümkün görünürmü?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

İlqar Vəlizadə: “Türkiyənin əsas məqsədi Suriyada mövcud olan hərbi infrastrukturasını qorumaqdan və genişləndirməkdən ibarətdir”.

Suriya məsələsində Rusiya-Türkiyə-İran formatı fonunda Türkiyənin tək qaldığını bildirən politoloq İlqar Vəlizadəyə görə, “Astana sazişi” problemləri həll etmək gücünə malik deyil:

“Əslində Tehran sammitini tam nəticəsiz adlandırmaq da olmaz. Düzdür, bəzi məsələlərdə tərəflər arasında ziddiyyətlər mövcuddur, hər üç tərəf öz maraqlarını təmin etməyə çalışır. Lakin bu nöqteyi-nəzərdən sammiti nəticəsiz adlandırmaq olmaz. Danışıqlar göstərir ki, Rusiya Türkiyənin maraqları ilə hesablaşır. Türkiyənin əsas məqsədi Suriyada mövcud olan hərbi infrastrukturasını qorumaqdan və genişləndirməkdən ibarətdir. Hal-hazırda Türkiyənin İdlibdə 12 nəzarət məntəqəsi var və bu nəzarət məntəqələri olduğu kimi qalacaq. Baxmayaraq ki, orada hərbi əməliyyatlar mürəkkəbləşib. Digər tərəfdən, bu regionda yaşayan türkmənlərin maraqlarına toxunmamaqla bağlı Türkiyə və Rusiya arasında bir razılaşma əldə olunub. Yəni, əməliyyatlar onların yaşadıqları yerlərdə olmayacaq. Eyni zamanda əməliyyatlar zamanı Türkiyə Suriya ordusunun minimum hədəfi altında olmasına nail olunub. Bu amillər onu göstərir ki, sammit Türkiyə üçün nəticəsiz olmayıb.

Lakin reallıq ondan ibarətdir ki, Türkiyə hal-hazırda Suriyada Rusiya, İran və Bəşəd Əsədə qarşı çıxmaqda acizdir. Çünki onlar vahid şəkildə fəaliyyət göstərirlər və Türkiyə onların maraqları ilə hesablaşaraq Bəşər Əsədin hakimiyyətinin möhkəmlənməsinə yol açan əməliyyatlara müəyyən dərəcədə göz yummağa məcburdur.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bütün hallarda isə Türkiyə sığortalanır. Hal-hazırda Türkiyədə 3.5 milyondan çox Suriya qaçqını yaşayır. Sadəcə əməliyyatlar qaçqınların sayını çoxalda bilər. Mövcud vəziyyətdə türk ordusunun tankları Türkiyə-Suriya sərhədinə çəkilir. Hətta bir neçə dəfə türk ordusunun tanklarının Suriya-Türkiyə sərhədini aşaraq, İdlibə daxil olması barədə məlumatlar yayılıb. Bu tədbirlərin aparılmasına səbəb qaçqın adı ilə Türkiyə ərazisinə terrorçu qrupların daxil ola bilməsidir. Türkiyə bundan narahatdır.


İlqar Vəlizadə:“Üçlük formatının olmasına baxmayaraq, Türkiyə bütün hallarda təkdir”.

Proses davam edir və təxribatların davam edəcəyi istisna olunmur. Bu baxımdan Tehran sammiti bütün məsələləri həll edə bilməz. Vəziyyət dəyişir və ola bilər ki, ABŞ qoşunları bu vəziyyətə müdaxilə etsinlər. Ona görə də tərəflər müxtəlif provakasiyalara hazır vəziyyətdədirlər.

Türkiyə başa düşür ki, İdlib bir epizoddur. Gələcəkdə Türkiyənin Rusiyaİran tərəfindən Suriyadan çıxdaş olunması istisna olunmur. Lakin tək İdlibə görə Türkiyənin yenidən ABŞ-la yaxınlaşmasını gözləmək sadəlövhlük olar. Türkiyə-Qərb münasibətləri daha çox sahələri əhatə edir. Ona görə də təkcə İdlibə görə Türkiyənin ABŞ və ya Qərblə yaxınlaşması mümkün deyil.

İndiki şəraitdə tərəflər öz mövqelərini qoruyurlar. Gələcəkdə prosseslərin necə cərəyan edəəcəyini isə indidən proqnazlaşdırmaq çox çətindir. Ola bilər ki, bir müddətdən sonra Qərb və Türkiyə bir-birilərinə qarşı addımlar atacaqlar. Lakin bunu bu gün gözləmək mümkün deyil.

Rusiyaİranla ittifaqa gəlincə, üçlük formatının olmasına baxmayaraq, Türkiyə bütün hallarda təkdir. Ankaranın mövqeyini Tehran və Moskva dəstəkləmir. Eyni zamanda Qərb də Türkiyəyə yeni geosiyasi addımlarında dəstək olmur. Bu baxımdan Türkiyə öz gücü vasitəsilə vəziyyətdən çıxmağa çalışır. Və mən deyərdim ki, hazırda Türkiyə çıxılmaz vəziyyətdədir, artıq güvənə biləcəyi başqa bir ölkə qalmayıb”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ən çox oxunanalar