Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Paşinyanın kilsəyə qalib gələcəyinə inanmıram...

Ermənistanda kilsə və hakimiyyət qarşıdurması kəskinləşir. Bunun əsas motivi isə Qarabağ məsələsidir...

Azər Qasımov: “İndi erməni kilsəsinin “artsax” iddiasının yenidən gündəmə gətirilməsi dünya erməniçiliyinin maraqlarının qorunması, onların siyasi və kilsəyə maddi dəstək olması kimi bir qüvvə kimi gündəmdə qalması üçündür”.

“Paşinyanın kilsəyə qalib gələcəyinə inanmıram, amma erməni toplumunun dərrakəli hissəsinin rolu bunda əhəmiyyəti rol oynayacaq”.

Bu sözləri politoloq Azər Qasımov Ermənistanda kilsə və hakimiyyət qarşıdurmasını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanda kilsə və hakimiyyət qarşıdurması kəskinləşir. Bunun əsas motivi isə Qarabağ məsələsidir. Ermənilərin katolikosu II Qaregin qondarma “artsax” iddiasından əl çəkmir. Paşinyan hakimiyyətinin bütün etirazlarına baxmayaraq, erməni katolikos “artsax” iddiasını yenidən gündəmə gətirir.

Erməni kilsəsinin təsir qüvvəsini diqqətə alarsaq, Paşinyan II Qareginin bu ritorikasının qarşısını ala biləcəkmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Ümid edək ki, erməni toplumu məhv olmaq yolunu tutmayacaq. Çünki bunun əziyyəti Azərbaycana düşəcək”.

Hələ gərginliyin irəlidə olduğunu düşünən politoloq Poliqon-a bildirib ki, kilsənin öz rolunu toplum üzərində itirməsi tarixi erməni iddialarının və kilsənin hegemonluğunun sonu ola bilər:

“Erməni kilsəsinin erməni toplumu üzərində təsir dairəsi onların milli mentalitetinin tərkib hissəsi olub. Kilsə erməni cəmiyyətinin fikir mərkəzi olub və tarixi bir xüsusiyyət olub. Erməni kilsəsi bir növ erməni toplumu üçün bir mərkəzdə birləşmək yeri olub, dünya erməniçiliyinin idarə edilməsi üçün bir vasitə olub. İndi erməni kilsəsinin “artsax” iddiasının yenidən gündəmə gətirilməsi də dünya erməniçiliyinin maraqlarının qorunması, onların siyasi və kilsəyə maddi dəstək olması kimi bir qüvvə kimi gündəmdə qalması üçündür.

Paşinyanın kilsəyə qarşı mövqeyinin əsas xüsusiyyəti odur ki, Paşinyan hal-hazırda erməni dövlətinin gələcəyindən məsul şəxsdir. O, başa düşür ki, erməni toplumunun bu günə kimi yürütdüyü siyasət onları məhvə aparır, odur ki, bu siyasətdən əl çəkmək lazımdır.

Azər Qasımov: “Bu qarşıdurmanın mahiyyəti elədir ki, erməni toplumunun qarşıdurma səviyyəsinə belə gedib çıxacaq”.

Kilsə isə nəyin bahasına olursa-olsun bu siyasətdə maraqlıdır. Hesab edirəm ki, bu qarşıdurmanın mahiyyəti elədir ki, erməni toplumunun qarşıdurma səviyyəsinə belə gedib çıxacaq. Bu baxımdan hələ gərginlik irəlidədir. Kilsənin öz rolunu toplum üzərində itirməsi tarixi erməni iddialarının və kilsənin hegemonluğunun sonu ola bilər. Kilsə buna asan razı olmayacaq. Paşinyanın kilsəyə qalib gələcəyinə inanmıram, amma erməni toplumunun dərrakəli hissəsinin rolu bunda əhəmiyyəti rol oynayacaq.

Ümid edək ki, erməni toplumu məhv olmaq yolunu tutmayacaq. Çünki bunun əziyyəti Azərbaycana düşəcək. Azərbaycan dövləti tarixə erməni toplumunun oyuncaq dövlətinin sonunu gətirən dövlət kimi tarixə düşmək istəməz”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar