Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Makron Putinə meydan oxuyur...

Fransa prezidenti bildirib ki, Fransa ordusu Ukraynada olacaq və onun üçün bundan sonra heç bir “qırmızı xətt” yoxdur...

Azər Qasımov: “Qərbin ikiüzlü siyasəti şəraitində Fransa prezidentinin sadəcə boş vədlərlə boşboğazlıq etməsi siyasi fiqur kimi Makronun özünə siyasi divident yığmaq cəhdidir”.

“Fransanın dünyada silah satan ölkə kimi ikinci yerdə olmasına baxmayaraq, Ukraynaya yardım edən ölkələr arasında on altıncı yerdə olması faktı hər şeyi açıqlayır”.

Bu sözləri politoloq Azər Qasımov Fransa prezidentinin Ukrayna ilə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Emmanuel Makron bildirib ki, Fransa ordusu Ukraynada olacaq və onun üçün bundan sonra heç bir “qırmızı xətt” yoxdur. Makron həmçinin qeyd edib ki, nəyin bahasına olursa olsun Ukrayna qalib gəlməlidir.

Son zamanlar Makronun qızğınlığını artıran hansı səbəbdir və Fransa prezidentinin son bəyanatları nədən xəbər verir? Fransa prezidentinin Rusiyaya qarşı bu qədər açıq və konkret bəyanatlar səsləndirməsi Rusiya-Qərb qarşıdurmasına necə təsir edəcək? Yəni, bu bəyanatlar reallaşarsa, Rusiya hansı addımlarla cavab verə bilər?

Fransanın Ukraynaya edəcəyi dəstəyə Rusiyanın cavabının necə olacağını Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Silah vermək əvəzinə ümid verməklə məşğul olan Makronun necə kiçik siyasi fiqur olduğu tezliklə görünəcək”.

Rusiyanın nə edəcəyinin bəlli olmadığını vurğulayan politoloq Poliqon-a bildirib ki, Moskvadan hər addımı gözləmək olar, hətta Kremlin nüvə silahından istifadə etməsi də istisna etmək olamz:

Rusiyanın Ukraynaya işğal hərəkətləri etməsindən və orda törətdiyi vəhşiliklər fonunda hər hansı bir dövlətin Ukraynaya dəstək xarakterli addımlar atmasını alqışlamaq lazımdır. Bu, əslində, özünü sivil dövlət hesab edən, dövlət əxlaqı olan ölkənin mənəvi borcudur. Rusiyanın sərhəd qonşusu kimi Ukraynanın yerində hər hansı bir dövlət də ola bilər. Bu baxımdan Rusiyanın məğlub olmalı olması ilə əlaqəli fikirləri müsbət qarşılamaq lazımdır. Amma Qərbin ikiüzlü siyasəti şəraitində Fransa prezidentinin sadəcə boş vədlərlə boşboğazlıq etməsi siyasi fiqur kimi Makronun özünə siyasi divident yığmaq cəhdidir.

Fransanın dünyada silah satan ölkə kimi ikinci yerdə olmasına baxmayaraq, Ukraynaya yardım edən ölkələr arasında on altıncı yerdə olması faktı hər şeyi açıqlayır. Fransa Afrikadan sıxışdırılıb çıxarılmasını həzm edə bilmir. Makron yalan və riyakar vədlər səsləndirməklə sadəcə itirdikləri imiclərini hay-küylə saxlamağa çalışır. Fransa əsgər göndərməklə gündəmə gələrək gücünü göstərməkdənsə Ukraynaya hərbi təyyarə, digər silahlar versə, elə bu, qələbəni təmin edər. Ancaq silah vermək əvəzinə ümid verməklə məşğul olan Makronun necə kiçik siyasi fiqur olduğu tezliklə görünəcək.

Azər Qasımov: “Rusiya özünü elə bir bataqlığın içərisinə salıb ki, başında yumurta sındırılan, üzünə şillə vurulan Makron Putinə meydan oxuyur”.

Məsələ ondadır ki, əsgər göndərməkdən danışan Makron bunu etməsə, ona verilən adların başında hansı ədəbsiz sözlər gələcəyini təsəvvür etmək çətin deyil. Rusiyanın gücü təxminən hər kəsə bəlli olub. Bütün dünya Rusiyanın ikinci böyük ordu olması fikrinin boş söz olduğunu gördü və başa düşdü. Ona görə də Makron kimi siyasi xarakterlər bir az ürəkləniblər. Amma Rusiyanın nə edəcəyi bəlli deyil. Ondan hər addımı gözləmək olar, başda da nüvə silahı işlətmək məsələsini.

Hesab edirəm ki, Rusiya özünü elə bir bataqlığın içərisinə salıb ki, başında yumurta sındırılan, üzünə şillə vurulan Makron Putinə meydan oxuyur. Əslində ikisi də bir-birinə layiq fiqurlardır. Amma onların axmaqlığı dünyanı fəlakətə sürükləyir. Odur ki, Ukrayna müharibəsi nə yolla olursa-olsun dayandırılmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar