Qəzetə müsahibə verən ukraynalı hərbçi deyib ki, yeni Baş komandanın təyin edilməsi çətin ki, müsbət nəticə versin...
Ukrayna Silahlı Qüvvələrinin yeni Baş komandanı Aleksandr Sırski onu “qəssab” və “general 200” adlandıran hərbçilər arasında olduqca populyar deyil.
Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti Ukrayna hərbçilərinə istinadən məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin kapitanı adının açıqlanmaması şərti ilə qəzetə bildirib ki, Sırskinin təyinatı “çox pis qərardır”. Onun bu fikrini başqa hərbçi də dəstəkləyib və bildirib ki, yeni Baş komandanın təyin edilməsi çətin ki, Ukrayna üçün müsbət nəticələrə gətirib çıxarsın.
Qəzetin həmsöhbətlərinin sözlərinə görə, hərbçilər Sırskiyə əsgərlərinin həyatını riskə atmaq meylinə görə ona “qəssab” və “General 200” ləqəbləri veriblər.
“Sırski hərbçilər arasında populyar deyil, çünki o, Ukrayna Silahlı Qüvvələrinin çoxlu əsgərinin həlak olduğu Baxmut döyüşündə Ukrayna qüvvələrinə rəhbərlik edib”, deyə bağqa bir hərbiçi Politico-ya bildirib.
Qeyd edək ki, Aleksandr Sırski 1965-ci ildə Rusiyanın Vladimir vilayətində anadan olub, Moskva Ali Birləşmiş Silahlı Qüvvələrin Komandanlıq Məktəbini bitirib. Zelenski onu “Ukraynanın ən təcrübəli komandiri” adlandırıb.
Poliqon.info