Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Polad Bülbüloğlu çox yaramaz hərəkət edib” - Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri: “Cənab prezidentin Dağlıq Qarabağa heç bir statusun olmayacağını dedikdən sonra Polad Bülbüloğlu həm ermənilərə, həm də ruslara yaltaqlanıb öz yerini bərkitmək üçün belə bir açıqlama verdi”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun son açəqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbqloğlunun son zamanlar verdiyi açıqlamalar Azərbaycanda narazılıq yaradır və dünən Hikmət Hacıyevin də verdiyi bəyanatdan belə görünür ki, bu açıqlamalar rəsmi Bakını da qane etmir.

Diplomatik korpusumuzdakı fərqli yanaşmaları necə izah etmək olar? Prezident tərəfindən ermənilərə status verilməyəcək deyildiyi halda Polad Bülbüloğlunun ermənilərə mədəni muxtariyyət vəd etməsi nə qədər doğrudur?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Polad Bülbüloğlu və digər səfirlərin təcili olaraq geri çağrılması təmin edilməlidir”.

Dövlət başçısının Qarabağda əldə etdiyi nailiyyətləri beşinci kolonun bəzi üzvlərinin qəbul etmək istəmədiklərini düşünən partiya sədri PİA.az-a açıqlamasında bildirib ki, Polad Bülbüloğlu da səfirlikdən geri çağırılmalı və izahatı alınmalıdır:

“Polad Bülbüloğlu çox yaramaz hərəkət edib. O, özbaşınalıq edib. Cənab prezidentin Dağlıq Qarabağa heç bir statusun olmayacağını dedikdən sonra Polad Bülbüloğlu həm ermənilərə, həm də ruslara yaltaqlanıb öz yerini bərkitmək üçün belə bir açıqlama verdi.

Rusiyadakı səfirmizin bu açıqlamalarına çox ciddi şəkildə təpki göstərdik. Mən bu məsələ barədə çıxış edəndən sonra prezidentin köməkçisi də mənim verdiyim cavab səviyyədə çıxış etdi. Düşünürəm ki, Polad Bülbüloğlu və digər səfirlərin təcili olaraq geri çağrılması təmin edilməlidir. Çünki görünən budur ki, onlar verilən qərarla hesablaşmaq istəmirlər. Bu da yolverilməz haldır.

Hafiz Hacıyev: “Vətən müharibəsi ərəfəsində ziyalılar kənara çəkilib. Bunlar da hamısı beşinci kolonun tapşırığıdır”.

Dövlətin içində ikinci sözün deyilməsinə ehtiyac yoxdur. Görünür dövlət başçısının Qarabağda əldə etdiyi nailiyyətləri beşinci kolonun bəzi üzvləri qəbul etmək istəmir. Polad Bülbüloğlu da səfirlikdən geri çağırılmalı və izahatı alınmalıdır.

Onu da qeyd edim ki, bu günlərdə Azərbaycan ziyalıları yox səviyyəsindədir. Vətən müharibəsi ərəfəsində ziyalılar kənara çəkilib. Bunlar da hamısı beşinci kolonun tapşırığıdır. Düşünürəm ki, bu məsələ barədə də çox ciddi qərarlar qəbul edilməlidirlər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar