Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pirallahıda növbəti "Bizim həyət"in açılışı olub - Video

“Bizim həyət” layihəsi çərçivəsində Pirallahı rayonunda daha bir həyət abadlaşdırıldı...

IDEA ictimai birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində daha bir yenilənən həyət sakinlərin istifadəsinə verilib. Sözügedən həyət Pirallahı rayonunda 400 nəfər sakinin yaşadığı dörd yaşayış binasını əhatə edir.

Baku.TV xəbər verir ki, abadlaşma işləri yekunlaşan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb. Gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün şahmat və futbol meydançası, velosiped yolu, uşaq meydançası salınıb.

“Burada belə bir şərait yox idi. Bu məhəllənin yaradılması burada yaşayan insanların bir-birinə olan münasibətini dəyişdi. Daha da yaxın, mehriban və həmrəy oldular”, - deyə məhəllə sakinlərindən biri bildirib.

Əlavə olaraq həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri təmir olunub. Ərazidə üç ədəd inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb və yaşıllıq zolağı salınıb.

Layihənin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpa edilməsi, sakinlər üçün həyat şəraitinin yaxşılaşdırılmasıdır. Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar