Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peskov: Qazaxıstan suveren dövlətdir və Rusiyanın müttəfiqidir

Kremlin sözçüsü Dmitri Peskov Makronun Astana səfərini şərh edib...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qazaxıstan başqa ölkələrlə münasibətləri öz mülahizəsinə uyğun inkişaf etdirən suveren dövlətdir.

Poliqon xəbər verir ki, Peskov bunu Fransa prezidenti Emmanuel Makronun Astana səfərini şərh edərkən deyib.

Qazaxıstan suveren dövlətdir və təbii ki, bütün ölkələrlə münasibətləri öz mülahizəsinə uyğun inkişaf etdirir. Qazaxıstanla bizim tarixi əlaqələrimiz, strateji tərəfdaşlığımız var. Qazaxıstan bizim müttəfiqlərimizdir və bizim maraqlarımız bir çox inteqrasiya formatlarında birləşir. Biz çox dəyər verdiyimiz öz münasibətlərimizi inkişaf etdiririk, bunun tam qarşılığını da görürük”, deyə Dmitri Peskov mətbuata danışarkən deyib.

Qeyd edək ki, Emmanuel Makron bu gün, noyabrın 1-də Qazaxıstanın paytaxtı Astanaya gəlib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fransalı həmkarının səfərini “tarixi, çox mühüm” hadisə adlandırıb. Qazaxıstan prezidenti vurğulayıb ki, Astana və Paris arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir.

Danışıqlar zamanı tərəflər, xüsusən, Qazaxıstan-Fransa birgə müəssisəsi olan Katko tərəfindən bu ölkədə uran yataqlarının gələcək işlənməsini müzakirə edəcəklər. Bloomberg mənbələrə istinadən yazıb ki, Fransanın urana ehtiyacı Nigerdə enerji resursunun istehsalının dayandırılması ilə bağlıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ərəstun Oruclu: Putinin Qafqazda ciddi dəstəyə ehtiyacı var...

Ən çox oxunanalar