Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pərvin qaz və işığın bahalığından gileyləndi: "Kasıb ölsün?"

Aktrisa Pərvin Abıyeva komunal xidmətlərdən gileylənib.

Sənətçi qaz və işıq pulunu son günlər çox ödədiyini deyib. O bildirib ki, komunal xidmətləri çox bahadır:

"Komunaldan şikayətçiyəm. İşıqpulu çox gəlir. Yayda 3 ay bağda yaşadım. Evdə ancaq soyuducu işləyirdi. Gəldik ki, 1 aya 30 manat pul yazıb. Deyirəm ki, bir soyuducu 30 manat yazar? Necə ola bilər? Hələ qaz qurtarıb, deyirəm ki, yenicə 50 manat vurmuşam, necə olub? Mühafizəçiyə deyirəm ki, 50 manatı götürün vurun karta. Cavab verir ki, bilirsiz də, 25 manat karta yüklənir, 25 manat dövlətin hesabına gedir. Necə? Mən evdə qaz işlətmək üçün dövlətə vergi verəcəm? Ya mən geridə qalmışam qanunlardan xəbərim yoxdur, ya da...

Limiti keçməyim mümkün deyil. Hər zaman artıqlaması ilə qaza pul vururam. 2 günə bitdi? 2 günün içində limiti keçdim? İşıqla da, qazla da problem yaşayıram. Bir ayda bəlkə 3 dəfə qaza pul vurmuşam. İki ay əvvəl 50 manatı 1 aya işlədirdim, indi elə deyil.

Bu kasıb yazıq nə etsin? Necə evi isitsin, yatsın, yemək bişirsin? Qışda soyuqdan küçəyə çıxmaq mümkün deyil. Kasıb insanları nəzərə almaq lazımdır. Olanı, olmayanı var. Olmayan nə etsin? Ölsün?".(axşam.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Ən çox oxunanalar