Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqonun kəşfiyyat idarəsinin hesabatında Qarabağ haqda nə yazılıb...

ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi 2021-ci ildə gözlənilən qlobal təhdidlər barədə Senatda dinləmələr üçün nəzərdə tutulan hesabat hazırlayıb. Hesabat Senatın silahlı qüvvələrin işi üzrə komitəsinin saytında dərc edilib.

PİA.az xəbər verir ki, sənədə əsasən dünya hazırda qlobal strateji yarış erasını yaşayır. Bu yarışda ABŞ-ın başlıca rəqibləri Rusiya və Çindir. Onlar ABŞ-ın hərbi üstünlüyünə çağırış üçün vasitələr işləyib hazırlayırlar. Hərbi tədbirlərdən əlavə hesabatda ABŞ və Çinin “boz zonadakı” fəaliyyətlərindən də bəhs olunur. Bura proksi-qoşunlardan və muzdlulardan istifadə, kiberhücumlar, informasiya ilə manipulyasiya, rəqiblərinin iqtisadi gücünü zəiflətmək və digər tədbirlər də daxildir.

Hesabatda Rusiya silahlı qüvvələri ABŞ-ın özünün mövcudluğuna potensial təhlükə adlandırılır, bildirilir ki, Rusiya silahlı qüvvələri ölkə sərhədləri boyu yerləşən ölkələrdə Moskvanın təsirini saxlamaq alətidir. Bu təsir hesabına Moskva Vaşinqtonun qlobal liderliyini təhdid edir.

Moskva ABŞNATO-nu Rusiyanın təhlükəsizliyi, onun geosiyasi ambisiyaları və indiki hakim rejim üçün mühüm təhdid kimi nəzərdən keçirir. Moskva Qərblə ayaqlaşmaq üçün bir sıra siyasi, diplomatik, kəşfiyyat, ictimai və hərbi vasitələrdən istifadə edir, amma bu zaman birbaşa münaqişədən qaçmağa çalışır”,-hesabatda deyilir.

ABŞ hərbi kəşfiyyatı Rusiyanın nüvə və qeyri-nüvə qüvvələrinin modernizasiyası barədə ətraflı bəhs edir. Gözlənilir ki, Rusiya yaxın illərdə qeyri-strateji vasitələr hesabına öz nüvə arsenalını ciddi şəkildə artıracaq. Hesabatda o cümlədən Rusiyanın kimyəvi və bioloji silah ehtiyatlarına da malik olduğu bildirilir.

Hesabatda ötən ilin payızında Qarabağda gedən 44 günlük müharibə barədə də bəhs olunur, qeyd edilir ki, Rusiya Qarabağa və Belarusa birbaşa hərbi intervensiyaya qərar vermədi. Amma regionda təsirini başqa metodlarla saxlamağa çalışır-məsələn, hesabatda Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi Moskvanın Qafqazdakı təsirinin güclənməsi kimi nəzərdən keçirilir. Bildirilir ki, hərbi gücdən istifadə təhdidi Rusiyanın Ukraynaya başlıca təsir rıçağıdır.

Hesabat müəllifləri belə qənaətə gəlirlər ki, Rusiya hazırda ABŞ-la birbaşa toqquşmada maraqlı deyil, amma Qərblə qarşıdurmadan da imtina etmir. “Kreml çox güman ki, Vaşinqtonu təxribata çəkməyəcək, amma görsə ki, ABŞ Rusiyanın daxili siyasətinə qarışır və ya onun strateji maraqlarını təhdid edir, buna qərar verə bilər”,-kəşfiyyatçılar bildirir.

Hesabatda Rusiyanın qonşu ölkələrin və NATO üzvü olan ölkələrin daxili siyasətinə təsir göstərmək cəhdləri barədə də ətraflı danışılır. Bildirilir ki, Rusiya koronavirus pandemiyasından istifadə edərək Qərb ölkələrinin hökumətlərinə etimadı sarsıtmaq üçün informasiya kampaniyası aparır.(Virtualaz.org)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Ən çox oxunanalar