Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pənah Hüseynlə Elşad Miri arasında qarşıdurma – Video

Keçmiş Baş nazir Pənah Hüseynlə ilahiyyatçı Elşad Miri arasında dini mövzuda debat baş tutmayıb...

PİA.az xəbər verir ki, jurnalist Əvəz Zeynallının moderatorluğu ilə Xural TV-də təşkil olunan debat tərəflərin qarşılıqlı ittihamları ilə müşaiyət olunub və yarımçıq qalıb.

Pənah Hüseyn Eldaş Mirini insanlarının hisslərinin təhqir etməkdə ittiham edib. “Mən sənin fikirlərinə hörmət etmirəm. “Müsəlmanların hissini təhqir eləmə, primitivləşdirmə”, deyə o bildirib.

Elşad Miri də öz növbəsində Pənah Hüseynin Azərbaycanın Baş naziri olması təəssüf etdiyini deyib. “Əgər mən bilsəydim sizin kimi Baş nazirimiz var... Siz mənimlə diktator kimi davranırsınız”.

Əvəz Zeynallı məcbur olaraq çəkilişi dayandırıb və bəyan edib ki, debat elə bu şəkildə də yayımlanacaq. Jurnalist artıq debatın anonsunu yayıb.

Bundan sonra Pənah Hüseyn baş verənlərə münasibət bildirib. Onun fikirlərini təqdim edirik: “Bir qədər əvvəl mənə dedilər ki, Elşad Miri iki gün əvvəl Əvəz Zeynallının "Xural"ında efirə getməsi nəzərdə tutulan mənimlə söhbətin anonslarını Youtub- da yerləşdirib. Əslində mənim də razılığımla və təklifimlə debat, polemika, diskussiya kimi yox sadəcə söhbət kimi, daha çox maarifçilik, insanlarımız arasında harmoniya, sülh, qarşılıqlı dözümlülük münasibətlərinin bərqərar olmasına xidmət kimi düşünülmüş bu tədbir təəssüf ki, şəxsən mənim istədiyim kimi alınmadı, elə girişdən əsəbiliklə başladı və əslində mahiyyətə daxil olmamış da yarımçıq bitdi. Daha doğrusu verlişin aparıcısı Əvəz Zeynallı çəkilişi dayandırdı. Demək istəyirəm ki, birdən elə təəssürat yaranmasın ki, güya mən verlişi tərk etmişəm.

Əvəz Zeynallı mənə dedi ki, sonradan o Elşad Miri ilə başqa bir material da çəkib, və bunun mənim olduğum hissəyə dəxli yoxdur. Bizimlə bağlı material onun operatora saxla dediyi anda qurtarır. Əvəz bəy bildirdi ki, gələn həftənin birinci günü o mənim də iştirakçı olduğum materialı montaj olmadan Xural kanalında yerləşdirəcək.

Bəzi ziyanların xeyri var deyirlər. Elşad Miri ilə alınmamış söhbət məndə belə fikir yaratdı ki, nəzərdə tutulan mövzularda, (planlaşdırılmışdı ki, Elşad Miri ilə söhbətlər 7 mövzudan ibarət olacaq), yazılı mətnlər hazırlayıb dərc edim. İnşallah yaxın vaxtda oxuyacaqsınız”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Ən çox oxunanalar