Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın partiyasında istefalar və aldığı xarici dəstək... - Ermənistanı nə gözləyir?

Paşinyanın Kabinetində və partiyasında baş verən istefalar sonucda onun kabinetinin dağılmasına yol aça bilərmi?..

Politoloq: “Paşinyanın hakimiyyətdə qalması Azərbaycanın maraqlarına uyğundur”.

“Paşinyan bu vaxta qədər hakimiyyətdə qala bilibsə, demək Ermənistan cəmiyyətinin müəyyən hissəsi onu dəstəkləyir”.

Bu sözləri politoloq Əhəd Məmmədli Paşinyanın partiyasında baş verənləri və Paşinyanı dəstəkləyən xarici ölkələri PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanda baş nazirin müavini Tiqran Avinyanın ofisinin rəhbəri Varaq Siseryan tutduğu vəzifədən istefa verib.

Bildirilir ki, onun istefasına səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın son sözləri olub. Belə ki, Paşinyan “ Nəhayət “divar dibində ulayan”larla bağlı problemləri həll etmək üçün “cəbhə uşaqları”nın Yerevana gəlməsini gözləyirəm” deyə, bildirib. Sosial şəbəkə hesabında vəzifəsindən istefa verdiyini açıqlayan V. Siseryan bildirib ki, Paşinyan müxalifət nümayəndələrini təhdid edir.

Dünən sosial şəbəkədən yayımladığı canlı yayımda isə Ermənistanın Baş naziri uğursuz postunu şərh edən Paşinyan qeyd edib ki, o əsgərləri onu ittiham edənlərə izahat vermək üçün Yeravana çağırıb.

Lakin buna baxmayaraq Paşinyanın partiyasında və Kabinetində istefalar davam edib. Paşinyanın son açıqlamasına görə dünən ona yaxın deputat hakim partiyadan gedib. Ən böyük istefa dalğası isə dünən günortadan sonra baş verib. Paşinyanın mətbuat konfransından sonra Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan istefa verib və bu istefa Baş nazir qəbul edilib. Qeyd edək ki, Zöhrab Mnatsakanyanın Paşinyanın Kabinetinin ən peşəkar üzvlərindən biri hesab olunurdu və istefa Paşunyan hökümətini ciddi şəkildə yaraladığı qeyd olunur.

Paşinyanın partiyasında bu istefalar sonucda onun kabinetinin dağılmasına yol aça bilərmi? Həmçinin bu gün Paşinyanın xalqdan aldığı dəstək demək olar ki, tükənib. Hazırda Paşinyan əsasən hansı xarici ölkələrdən dəstək alır?

Mövzu ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Əhəd Məmmədli: “Ermənistanda rus yönümlü qüvvələrin, yəni Kremlin nəzarətində olan kimisə, hakimiyyətə gəlməyindənsə, elə Paşinyanın hakimiyyətdə qalması yaxşıdır”.

Paşinyan Qarabağ problemindən qurtarandan sonra Ermənistanı bütünlüklə Qərbə çevirməsini proqnoz edən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu Rusiya Ermənistan münasibətlərinin daha da kəskinləşməsinə gətirib çıxaracaq:

Ermənistan vətəndaş müharibəsi astanasındadır. Ermənistan indi 1990-cı ildə Azərbaycanın yaşadığı vəziyyəti yaşayır. Lakin Paşinyan bu vaxta qədər hakimiyyətdə qala bilibsə, demək Ermənistan cəmiyyətinin müəyyən hissəsi onu dəstəkləyir.

Ermənistan cəmiyyəti onu da anlayır ki, Paşinyan ermənilərə mümkün olan ən pis vəziyyəti yaratdı. Amma Paşinyanın hakimiyyətdə qalması Azərbaycanın maraqlarına uyğundur. Çünki Ermənistanda rus yönümlü qüvvələrin, yəni Kremlin nəzarətində olan kimisə, hakimiyyətə gəlməyindənsə, elə Paşinyanın hakimiyyətdə qalması yaxşıdır.

Əhəd Məmmədli: “Baydenin prezident səlahiyyətlərini tam əldə etdikdən sonra Ermənistanı dəstəkləyəcəyini gözləyirik”.

Düşünürəm ki, Rusiya ilə Ermənistan arasında olan problemlər davam edəcək. Ola bilsin ki, Paşinyan Qarabağ problemindən qurtarandan sonra Ermənistanı bütünlüklə üzünü Qərbə çevirsin. Bu da Rusiya Ermənistan münasibətlərinin daha da kəskinləşməsinə gətirib çıxaracaq. Bu hal da Azərbaycanın maraqlarına uyğun gəlir.

Paşinyanı dəstəkləyən ölkələr arasında ilk olaraq Fransanı qeyd edə bilərəm. Həmçinin Baydenin prezident səlahiyyətlərini tam əldə etdikdən sonra Ermənistanı dəstəkləyəcəyini gözləyirik. Hətta bəzi Qərb ölkələri Rusiyaya qarşı olaraq Paşinyan iqtidarını qoruya bilər. Bu hal da Rusiya ilə Ermənistanın münasiblərini pisləşdirə bilər. Rusiyanın Ermənistan qarşıdurmasının dərinləşməsi də Azərbaycanın xeyrinədir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ərəstun Oruclu: Putinin Qafqazda ciddi dəstəyə ehtiyacı var...

Ən çox oxunanalar