Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan sülh müqaviləsinin milli hüquq yurisdiksiyasından üstün olacağını iddia edir... - Bu mümkündür?

Ermənistanın Baş naziri artıq ikinci dəfə bildirib ki, Azərbaycan və Ermənistansülh müqaviləsi milli hüquq yurisdiksiyasından üstün olması ilə ba\lı razılaşıblar...

Politoloq: “Mən inanmıram ki, Azərbaycanla Ermənistan bu şərtlərlə sülh sazişinə gedə bilər. Çünki Azərbaycanın sülh müqaviləsində irəli sürdüyü beş baza prinsipləri içərisində Paşinyanın söylədiyi təkliflər yer almayıb”.

“Paşinyanın bu fikirləri bizim üçün heç də rahatlıq deyil. Əksinə Ermənistanın baş nazirinin bu fikirləri problemlər yarada bilər”.

Bu sözləri politoloq Samir Hümbətov Ermənistanın baş nazirinin sülh müqaviləsi ilə bağlı dediyi fikirləri Poliqon-a şərh edərkən qeyd edib.

Paşinyan The Telegraph nəşrinə verdiyi müsahibəsində artıq ikinci dəfə bildirib ki, AzərbaycanErmənistan razılaşıblar ki, sülh müqaviləsi milli hüquq yurisdiksiyasından üstündür. Konsititusiyasında və bir çox qanunverici aktlarında Azərbaycana qarşı ərazi iddialrının olmasını nəzərə alarsaq, Ermənistanın bu təklifi Bakı üçün nə qədər qəbulediləndir? Sülh müqaviləsinin milli hüquq yurisdiksiyasından üstün olması sazişdə təsbit olunarsa, bu Ermənistanın gələcəkdə Azərbaycan üçün təhlükə yaratmayacağına əsas verirmi?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya və Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Əslində Paşinyanın bu hərəkətləri manipulyasiya xarakteri daşıyır”.

Rəsmi Bakının Paşinyanın bu fikirləri ilə razılaşmayacağını düşünən politoloq Poliqon-a açqıalamslnda qeyd edib ki, Azərbaycan bütün halalrda öz milli maraqlarından çıxış edərək bu maraqlarını müdafiə edəcək:

“Mən inanmıram ki, Azərbaycanla Ermənistan bu şərtlərlə sülh sazişinə gedə bilər. Çünki Azərbaycanın sülh müqaviləsində irəli sürdüyü beş baza prinsipləri içərisində Paşinyanın söylədiyi təkliflər yer almayıb. Yəni milli maraqların qorunması Azərbaycan üçün qırmızı xəttdir. Azərbaycan prezidenti milli televiziyalara verdiyi müsahibədə bu məsələyə toxunub və bildirib ki, imzalanmalı olan sülh müqaviləsinin detalları, sərhədlərin delimitasiya və demarkasiyası belə ya siyasi metodoloji ya da tarixi xronoloji ardıcıllıqla aparılacaq.

Əslində Paşinyanın bu hərəkətləri manipulyasiya xarakteri daşıyır. Ermənistanın baş naziri fikir bildirir və bir neçə saat sonra həmin fikirdən daşınır. Buna görə də, onun fikirlərini ciddiyə almaq olmur. Məncə bizim ən çox istinad edə biləcəyimiz yer Azərbaycan mediasında gedən açıqlamalardır.

Paşinyanın bu fikirləri bizim üçün heç də rahatlıq deyil. Əksinə Ermənistanın baş nazirinin bu fikirləri problemlər yarada bilər. Bu baxımdan düşünürəm ki, rəsmi Bakı Paşinyanın bu fikirləri ilə razılaşmayacaq. Eyni zamanda Azərbaycan öz maraqlarını müdafiə edəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Ən çox oxunanalar