Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyan rəssam olsaydı belə, Rasim Musabəyov deyəcəkdi ki...”

Əməkdar jurnalist Elçin Şıxlı millət vəkilinin bu fikirlərinə münasibət bildirib...

Milli Məclisin deputatı Rasim Musabəyovun "Paşinyan avara siyasətçidir, çünki keçmişdə jurnalist olub" - deyə fikirlər səsləndirməsi birmənalı qarşılanmayıb. Lakin bu fikirlər jurnalistlər tərəfindən birmənalı qarşılanmadı. Hətta bəziləri iddia etdi ki, deputat bu ifadəni bilərəkdən işlədib və məqsədi erməni baş naziri yox, Azərbaycan jurnalistlərini təhqir etmək olub.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar jurnalist Elçin Şıxlı millət vəkilinin bu fikirləri jurnalistləri aşağılamaq üçün işlətmədiyini bildirib:

"Rasim Musabəyov jurnalistləri aşağılamaq istəməyib. Sadəcə olaraq, o, Paşinyana o qədər qeyri-ciddi yanaşır ki, belə deyir. Paşinyan hətta rəssam belə olsaydı, Musabəyov deyəcəkdi ki, bundan nə prezident çıxacaq, rəssam olub. Yəni bu, Paşinyanın özünün doğurduğu neqativ reaksiyadır, bu onun yaratdığı imicdir. Bu sözlərin deyilməsi də ondan irəli gəlir.

O ki qaldı jurnalistlərə cəmiyyətdə qeyri-ciddi peşə sahibləri kimi yanaşılmasına, bunun günahkarı elə özümüzük. Çünki bizim sıralarımızda o qədər qeyri-ciddi, peşəsini sevməyən, adekvat olmayan, peşəsinin nə demək olduğunu anlamayan, peşəsinə yalnız gəlir mənbəyi kimi yanaşan, acgöz, savadsız şəxslər var ki, onlar peşəkar jurnalistləri üstələyiblər. Ona görə, cəmiyyətdə belə ümumi fikir yaranır ki, jurnalist peşəsi ciddi peşə deyil. Əslində bütün dünyada jurnalist peşəsi çox hörmətlidir və dördüncü hakimiyyət hesab olunur. Jurnalistika olmasa, dövləti düzgün şəkildə idarə etmək olmaz.

Məsələn, Amerikada iki jurnalist prezidentin işdən qovulmasına gətirib çıxaran bir yazı yazmışdılar. Almaniyada yaxın tarixlərdə prezidentin vəzifədən getməsinin səbəbkarı da məhz jurnalistlər idi".

E.Şıxlı qeyd edib ki, jurnalistika kifayət qədər ciddi peşədir, lakin bu gün bəzi bloqerlər cəmiyyətdə bu peşənin imicini korlayıb:

"Jurnalistika o qədər ciddi peşədir ki, Azərbaycanda jurnalistlər özlərini ciddi aparsalar, fakta əsaslanan yazılar yazsalar, cəmiyyətdə də bu cür fikirlər formalaşmaz. Düzdür, belələri ölkəmizdə də kifayət qədərdir, lakin onlar bəzi "çör-çöplərin" altında qalıblar.

Bu gün cəmiyyətdə elə fikir yaranıb ki, kimsə əlinə telefonu götürüb nə isə çəkirsə, bloq yaradıb sosial şəbəkələrdə çəkdiyini paylaşırsa, o jurnalistdir. Xeyr, əzizlərim! Hər əlinə telefon alıb nə isə çəkən, danışan adamlar jurnalist deyil. Onlar bu peşədən tamamilə xəbərsizdirlər. Onlar sadə vətəndaşlardır və öz gördüklərini daha geniş kütləyə çatdırmaq istəyirlər. Bunu adekvat yaxud qeyri-adekvat çatdırırlar, bu, tamam başqa məsələdir.

Bu gün sosial şəbəkələr arasında "TikTok" birinci sıradadır. Çünki ən mənasız, ən sırtıq, ən sarsaq şeylər məhz "TikTok"dadır. Ona görə cəmiyyətə elə gəlir ki, jurnalistika qeyri-ciddi bir peşədir. Jurnalistika olmasa, informasiya olmasa, cəmiyyət nə edəcək? Xəbərsiz yaşamaq mümkün deyil.

Mən sizi inandırıram ki, Rasim Musabəyov o kəlməni Paşinyana baxıb söyləyib. O, mənə baxsa, elə şey deməz. Çünki mən Musabəyovu kifayət qədər yaxşı tanıyıram, onun özünü də nyusmeyker adlandıra bilərəm, çünki özünün xeyli yazıları olub, onlar dərc olunub və çox tez-tez çıxış edir. O, xəbər daşıcısıdırsa, ictimaiyyəti məlumatlandırırsa, bunun özü də bir mediadır".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Ən çox oxunanalar