Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Qasparyana qalib gəldi... - Bəs bundan sonra Ermənistanda siyasi böhran hansı istiqamətdə inkişaf edəcək?

Qanuna uyğun olaraq, prezident qərarı imzalamadığına görə, avtomatik olaraqQasparyan Baş Qərargah rəisi vəzifəsindən kənarlaşdırılb...

Politoloq: “Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın işdən azad edilməsinin Paşinyanın səlahiyyətində olduğunu bildirdi. Sarkisyanın bu qərarı da onun artıq Paşinyanın yanında olduğunun göstəricisidir”.

“Baş Qlobal gərargah rəisi Onik Qasparyanın bundan sonra fəaliyyətinin və taleyinin necə olacağı həm Moskvadakı, həm də İrəvandakı güclərdən asılı olacaq”.

Bu sözləri politoloq Əhəd Məmmədli Ermənistanda baş verən son hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan prezidenti Armen Sarkisyanın administrasiyası Baş Qərargah rəisi Onik Qasparyanın istefası məsələsinin həm qanuni prosedurlar, həm də konstitusiya məsuliyyəti və siyasi nəticələri baxımından baş nazir Nikol Paşinyanın səlahiyyətində olduğunu bildirib.

Ermənistan prezidentinin sözlərinə görə, onun prioriteti “ölkənin təhlükəsizliyini və sabitliyini təmin etmək, ordunun problemlərini həll etməkdir”.

Bu gün sabah isə Ermənistan hökümətinin rəsmi veb saytında Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən alınması ilə bağlı məlumat yerləşdirilib. Ən son məlumata görə isə Onik Qasparyan vəzifədən alınmasının qanunsuz olması ilə bağlı yerli inzibati məhkəməyə müraciət edib. Eyni zamanda Qasparyan onu müdafiə edən generallara müraciət edərək bundan sonra öz faəliyyətini başqa statusla davam etdirəcyini bildirib. O, buna baxmayaraq generallardan vətənə xidmət etməyə davam etməyi istəyib. Yəni faktiki olaraq Onik Qasparyan artıq Baş Qərargah rəisi olmadığını özü bəyan edib.

Parlamentə giriş-çıxışı bağlayan müxalifət isə öz növbəsində elan edib ki, Onik Qasparyan hələ də Baş Qərargah rəisi olaraq qalır və Paşinyan onu vəzifədən ala bilməz.

Xatırladaq ki, Ermənistandakı daxili siyasi böhran Silahlı Qüvvələrin Baş Qərargahının 25 fevralda siyasi rəhbərliyin dövləti təhlükəyə yönəltməısini ifadə edərək, Ermənistan baş naziri Nikol Paşinyanın istefasını tələb etməsindən sonra daha da pisləşib. Buna cavab olaraq, baş nazir generalları çevriliş cəhdində ittiham və Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb. Ancaq prezident Armen Sarkisyan bu sənədi imzalamayıb və etirazlarla Baş nazirə məktub göndərib. Hökümət başçısı sənədləri təkrar prezidentə göndərib. Qanuna uyğun olaraq, prezident qərarı imzalamadığına görə Qasparyan Baş Qərargah rəisi vəzifəsini 9 mart tarixinədək icra edib. Hazırda isə avtomatik olaraq, o, vəzifədən kənarlaşdırılb.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsini Baş nazir Nikol Paşinyanın iradəsinə buarxdıqdan sonra Yeravanda gərginlik ən son həddə çatıb. Müxalifət Dəmirçiyan küçəsində parlamentə giriş-çıxışı bağlayaraq Paşinyanın istefasını tələb edir. Parlamentdə 10 deputatın qaldığı bildirilir.

Polisin böyük qüvvə ilə parlamenti qoruyur və etirazçılarla polis arasında qarşıdurmanın baş verməsi istisna olunmur. Müxalifətin lideri Vazgen Manukyan bildirib ki, onlar ordunun küçəyə çıxmasını istəmirlər, ancaq Onik Qasparyan öz vəzifəsində qalmalıdır.

Görünən budur ki, Sarkisyan belə qərar verməklə böhranı öz üzərindən atmış oldu. Bəs bundan sonra Ermənistanda siyasi böhran hansı istiqamətdə inlişaf edəcək?

Mövzu ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Əhəd Məmmədli: “Ermənistanda bundan sonra nələrin baş verəcəyinə Moskva qərar verəcək”.

Sarkisyanın Ermənistanda baş verən proseslərdən sonra xalqın Paşinyanın arxasında olduğunu gördüyünü düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Sarkisyanın bu qərarı onun artıq Paşinyanın yanında olduğunun göstərdi. Bu da qiyamçıların mövqeyinə növbəti ciddi zərbə oldu:

“Bu proses başlayanda, yəni Baş Qərargah rəisi Onik Qasparyan və ona tərəf olan hərbiçilər Paşinyana istefa verməsini tələb edəndə Paşinyanın bunun hərbi qiyam olduğunu elan etdi. Paşinyan hərbi qiyama görə Ermənistanın prezidenti Armen Sarkisyanın ortaya mövqe qoymasını tələb etdi. O bildirdi ki, əgər Sarkisyan hərbi qiyama sakit qalacaqsa, bu onun qiyama tərəf durması demək olacaq.

Sarkisyan da gözlədi və Ermənistanda baş verən proseslərdən sonra gördü ki, xalq Paşinyanın arxasındadır, onu dəstəkləyir. Buna görə də Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın işdən azad edilməsinin Paşinyanın səlahiyyətində olduğunu bildirdi. Sarkisyanın bu qərarı da onun artıq Paşinyanın yanında olduğunun göstəricisidir. Bu da qiyamçıların mövqeyinə növbəti ciddi zərbə oldu.

Baş Qərargah rəisi Onik Qasparyanın bundan sonra fəaliyyətinin və taleyinin necə olacağı həm Moskvadakı, həm də İrəvandakı güclərdən asılı olacaq. Təbii ki, Ermənistanda baş verən bu hadisələrin kökü gedib Moskvaya çıxır. Buna görə də Ermənistanda bundan sonra nələrin baş verəcəyinə də Moskva qərar verəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket: Ermənistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar