Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyan özünə qəbir qazır” - Rasim Musabəyov

Ermənistanda “Müdafiə haqqında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən ölkədə “hərbi könüllü dəstələr”in yaradılması nəzərdə tutulur. Məlumdur ki, Ermənistan demoqrafik problem yaşayır və ön cəbhəyə çıxarmağa resursu yoxdur. Mərkəzi hakimiyyət orduya nəzarət edə bilmir. Bu baxımdan Paşinyan öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırmağa çalışır.

Ermənistan ordusu zəif olduğu üçün də könüllülərin imkanlarından istifadə edilməsi məsələsi gündəliyə çıxarılır.

Yenisabah.az xəbər verir ki, qanuna dəyişikliyi cəfəngiyyat hesab edən millət vəkili, politoloq Rasim Musabəyov “Sherg.az”a bildirib ki, bu dəyişiklik Ermənistanı daha da fəlakətə aparacaq. Politoloq qeyd edib ki, Ermənistanda kiminsə əlinə silah keçəndə gedib hakimiyyətdə olan qüvvələrin üstünə yeriyirdilər. Buna görə də güllələnmə halları olurdu:

“Əslində Paşinyan “Müdafiə haqqında” qanuna dəyişiklik edəcəksə, deməli, özü üçün qəbir qazır. Ermənistan öz bölgələrində hərbi bölmələr yaradır ki, lazım olanda onlar hakimiyyət mübarizəsinə qoşulsunlar. Paşinyanın qanuna dəyişiklik etməsinin səbəbi orduya çağırış üçün qüvvələrinin olmamasıdır”.

R.Musabəyovun sözlərinə görə, düşmən başa düşür ki, Azərbaycanla müharibə başlayacağı halda Ermənistanın müdafiə təşkil etmək üçün gücü qalmayıb:

“Sabah Azərbaycan Naxçıvandan zərbə endirdiyi halda, onların döyüşə çıxarmağa qüvvələri olmayacaq. Ona görə də, belə işlərə əl atırlar. Düşünmürəm ki, qanuna dəyişiklik uğurlu bir işdir.

Çünki bununla Ermənistan müdafiə qabiliyyətini möhkəmləndirə bilməyəcək. Ancaq siyasi hakimiyyət üçün əlavə problemlər yaradacaq.

Demirəm ki, Ermənistanda birdən-birə hamı üsyan edəcək. Lakin sabahısı gün 3-4 bölgədə camaat ayağa qalxıb əllərinə silah götürərək hökümətin üzərinə gedəcək”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Ən çox oxunanalar