Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan güzəşt istəyir... - Azərbaycan güzəştə getməlidir?

Ermənilərin müdafiə xətti yarıldığı halda və hazırkı uyğun şərtlər altında Azərbaycan güzəştə getməlidirmi?.. 

Politoloq: “Paşinyan hələ də ağ bayrağı qaldırmağa hazır deyil və o qarşılıqlı güzəştlərdən danışır”.

“Bu gün Azərbaycan öz torpaqlarını azad etdiyi bir məqamda qarşılıqlı güzəştdən söhbət gedə bilməz”.

Bu sözləri politoloq Natiq Miri Paşinyan ilk dəfə güzəştə hazır olması ilə bağlı açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsi zamanı deyib ki, münaqişələr qarşılıqlı güzəştlər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ Ermənistan güzəştlər etməyə hazırdır.

O qeyd edib ki, Azərbaycan da hazırdırsa, Dağlıq Qarabağ Ermənistan güzəştə gedə bilər.

Qeyd edək ki, Paşinyan və ümumiyyətlə rəsmi Ermənistan ilk dəfə güzəştə hazır olduğunu açıqlayıb. Halbu ki, bundan əvvəl Ermənistan tərəfi danışıqları imitasiya edərək faktiki olaraq problemin həllini bloklayır və güzəştə hazır olmadığını sərgiləyirdi. Görünən odur ki, hazırda Paşinyan beynəlxalq aləmdən, ilk növbədə Rusiyadan istədiyi dəstəyi ala bilmədiyi, ordunun döyüş qabiliyyəti aşağı düşdüyünə görə məcburi olaraq güzəşt istəyir və bu məcburiyyətin Paşinyanın məğlubiyyətdən qaçmaq zərurətindən yarandığı da şübhə doğurmur.

Məlumdur ki, biz ən ağır itkilərimizi Ermənilərin müdafiə xəttini yararkən vermişik. Ermənilərin müdafiə xətti yarıldığı halda və hazırkı uyğun şərtlər altında Azərbaycan güzəştə getməlidirmi?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Ya Azərbaycan bayrağı Şuşada dalğalanacaq, ya da heç bir güzəştdən söhbət gedə bilməz”.

Azərbaycanın bayrağı Xankəndində, Şuşada dalğalanandan sonra masa üstündə danışıqlara gedilə biləcəyini düşünən politoloq əlavə edib ki, bu danışıqlarda da Ermənistan Azərbaycanın şərtlərini birmənalı olaraq məcbur qəbul etməlidir:

“Paşinyan hələ də ağ bayrağı qaldırmağa hazır deyil və o qarşılıqlı güzəştlərdən danışır. Amma hərbinin öz qanunları var. O qanuna görə sahədə kim qalibdirsə, diqtə edən tərəf də odur. Bu gün qalib və torpaqları azad edən tərəf Azərbaycandır. Buna görə də bu proses Azərbaycanın bayrağı Xankəndində, Şuşada dalğalanandan sonra masa üstündə danışıqlara gedilə bilər. Bu danışıqlarda da Ermənistan Azərbaycanın şərtlərini birmənalı olaraq məcbur qəbul etməlidir.

Bu gün Azərbaycan torpaqlarını azad etdiyi bir məqamda qarşılıqlı güzəştdən söhbət gedə bilməz. Bu absurdur və düşünürəm ki, Azərbaycan dövləti qarşılıqlı güzəşti qəbul etməyəcək.

Natiq Miri: “Paşinyan növbəti dəfə dünyanın diqqətini Qarabağ prosesinə cəlb etmək istəyir”.

Sadəcə olaraq Paşinyan növbəti dəfə dünyanın diqqətini Qarabağ prosesinə cəlb etmək istəyir. O guya Ermənistanın sülhpərvər olduğunu göstərmək istəyir. Əgər həqiqətən də Ermənistan sülhpərvərdirsə, bu zaman ortada konkret olaraq beynəlxalq hüququn, yəni BMT-nin 4 qətnaməsini yerinə yetirə bilər. Ermənistan işğalda olan torpaqlardan əsgərlərini tamamilə çıxarsın və bundan sonra masa arxasında oturub danışmaqdan söhbət gedə bilər.

Bu gün Ermənistan ordusu və PKK Azərbaycan ordusuna qarşı müqavimət göstərir döyüş. Döyüşlərdə də vətənimizin igid övladları ölür. Buna görə də heç bir güzəştdən söhbət gedə bilməz. Ya Azərbaycan bayrağı Şuşada dalğalanacaq, ya da heç bir güzəştdən söhbət gedə bilməz. Burada güzəşt edə biləcək tək tərəf Ermənistandır. Bu da güzəşt deyil. Sadəcə olaraq Ermənistan beynəlxalq hüququn tələbinə uyğun olaraq Azərbaycanın torpaqlarını qeyri-şərtsiz azad etməlidirlər. Başqa söhbət ola bilməz”.

Nərminə UMUDLU
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar