Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlamentdə manat müzakirəsi...


Milli Məclisin bugünkü plenar iclasında Mərkəzi Bankın manatın devalvasiyası ilə bağlı verdiyi qərara münasibət bildirilib


Deputat İqbal Ağazadə Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan Mərkəzi Bank (AMB) əvvəlcə manatın dəyərinin sabit qalacağı ilə bağlı məlumat yaymışdı. Onun sözlərinə görə, həmin proqnoz isə cəmi 50 gün sonra AMB tərəfindən pozuldu. Verilən qərarla əhaliyə külli miqdarda zərər vurdu: 

Deputat Zahid Oruc isə həmkarının çıxışının əksi olaraq atılan qərarı millətin mənafelərinə uyğun atılan qərar kimi qiymətləndirib: 

“Maliyyə sabitliyinin saxlanılması üçün mühüm addımdır. AMB-ni mühakimə edən insanlar maksimum 1 ay ərzində bizi kimi müdafiə edəcəklər. 

Qeyd edim ki, dövləti qınayanlar nəzərə almalıdırlar ki, valyutanın rezerv hissəsi manatladır. Bu gün manat dünyada ən güclü valyuta olan dollarla rəqabət aparacaq səviyyədədir. Ona görə də qərarı müdafiə edirəm”. 

Spiker Oqtay Əsədov deputat İqbal Ağazadənin çıxışına cavab verib: “Banklarda vətəndaşların 7 milyarddan çox əmanətlərinin batması ilə bağı səsləndirilən fikirlər tamamilə absurddur. Çünki pulların 50 faizi dollarladır. Onu da qeyd edim ki, son bir həftə ərzində banklar 2 milyard yarım manatlar dollara dəyişdirilib. 

Onu da qeyd çox istərdim ki, bu məsələyə makro iqtisadi siyasəti bilən insanlar da müzakirəyə qatılsın. Azərbaycan müharibə aparan ölkədir. Ölkəmizin valyuta rezervləri var. Mümkün qədər də həmin valyuta rezervləri qorunacaq. Düşünmək lazımdır ki, müharibə şəraitində yaşayan ölkədə hər bir vəziyyət ola bilər. Rezervlərin hamısını məzənnəyə görə itirə bilmərik. Əmin edə bilərəm ki, ajiotaj yaratmağa ehtiyac yoxdur. Çünki Azərbaycanda satılan ərzaqların 70 faiz yerli məhsullardır. Belə olduğu təqdirdə qiymətlər niyə qalxmalıdır? Bu səbəbdən də gələcəkdə nə ərzaq, nə də digər məhsulların qiyməti qalxmayacaq”. 

Deputat Siyavuş Novruzov da manatın ucuzlaşması ilə bağlı məsələyə münasibət bildirib. O qeyd edib ki, maaşların indeksassiya edilməsi fikri düzgün deyil: “Belə yozmaq olmaz. Bu ancaq populizmdir. Bu məsələnin həlli iqtisadi faktorlara əsaslanır”. (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Ən çox oxunanalar