Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Papa Stokholmda “Quran”ın yandırılmasından hiddətlənib...

Roma Papası Fransisk Stokholmda “Quran”ın yandırılması kimi hərəkətlərdən iyrəndiyini bildirib...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Roma Papası bu barədə Birləşmiş Ərəb Əmirliyinin Əmirliyin “Al Ittihad” qəzetinə verdiyi açıqlamada bildirib. Fransisk qeyd edib ki, söz azadlığı başqalarını təhqir etmək üçün bəhanəyə çevrilməməlidir.

“Mən qəzəblənirəm və belə hərəkətlərdən iyrənirəm. Xalqların müqəddəs saydığı hər hansı kitaba və möminlərə hörmətlə yanaşılmalıdır. Söz azadlığı heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə edilməməlidir”, deyə Papa bildirib.

Qeyd edək ki, İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki cümə məscidi yaxınlığında polisin icazəsi ilə “Quran” yandırmaq aksiyası keçirib. O, “Quran”dan vərəqləri cırıb, onlarla ayaqqabısını silib, kitabın içinə bekon qoyub yandırıb. Hakimiyyət hadisəni qanuni, lakin “uyğunsuz” elan edib.

İraq mühaciri “Quran”a hörmətsizlikdə ittiham etmək üçün onu ekstradisiya etməyi İsveçdən tələb edib. Bundan sonra Bağdadda etirazçılar İsveç səfirliyinə hücum ediblər.

Bütün müsəlman ölkələri hadisəni pisləyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ən çox oxunanalar