Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistanın Baş naziri sabah Azərbaycana səfər edəcək

O, iyunun 14-dən 15-dək Azərbaycanda rəsmi səfərdə olacaq...

Pakistanın Baş naziri Şahbaz Şərif sabah Azərbaycana səfərə gələcək.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o, iyunun 14-dən 15-dək Azərbaycanda rəsmi səfərdə olacaq:

"Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanla əməkdaşlığın prioritet sahələrini təmsil edən nazirlər daxildir".

Qeyd edilib ki, səfər zamanı Pakistanın Baş naziri ticarət, investisiya və enerji sahələri daxil olmaqla, Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcək: "Qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq müzakirə olunacaq. Pakistan-Azərbaycan münasibətləri ortaq inanca, mədəniyyətə, tarixə əsaslanır. Bu əlaqələr regional və qlobal məsələlərə dair qarşılıqlı etimad və baxışların uzlaşması ilə möhkəmlənir. Rəhbərlik səviyyəsində mütəmadi mübadilələr iki ölkə arasında dostluq bağlarını göstərir, Pakistan və Azərbaycan xalqlarının rifahı naminə daha sıx çoxşaxəli əməkdaşlığı təşviq edir”.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sümbülə Əliyeva: "Öz yerimə təyin etdiyim şəxs bütün sənədləri saxtalaşdırıb"

Hürriyət: ABŞ Türkiyə ilə sərhəddə "kiçik İsrail" yaradır...

Rusiya Paşinyanla açıq müstəvidə mübarizəyə keçir?

Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə gilas ziyandır?

Natiq Cəfərli: Çörəyin qiymətində artıma gediləcək...

Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alırlar?

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşib

İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib - Yenilənib

"Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq

Hazırkı müxalifətin Paşinyanı devirmək üçün resursları yetərlidir?

Xamenei amerikalı tələbələrə müraciət edib, Mayk Conson cavab verib

Ən çox oxunanalar