Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistanda İƏT-in XİN başçıları Şurasının Əfqanıstanla bağlı növbədənkənar iclası keçirilib

Pakistanda İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclası (17-ci fövqəladə sessiya-red) keçirilib.

PİA.az xəbər verir ki, İƏT-in baş katibi Hissein Brahim Taha Əfqanıstanda humanitar vəziyyətlə bağlı fövqəladə sessiyanın açılış sessiyasında çıxış edib. O, qeyd edib ki, Əfqanıstanda terrorizm və zorakılıqla mübarizə və ölkənin ərazilərindən terror təşkilatları üçün platforma və ya sığınacaq kimi istifadə edilməməsini təmin etmək üçün birgə səylərin vacibliyi zəruridir:

“Biz bütün əfqan tərəflərini sabitlik, layiqli həyat və firavanlıq istək və ümidlərini həyata keçirmək üçün öz xalqının maraqlarını üstün tutmağa, həyatlarını qorumağa, zorakılıqdan uzaq durmağa və davamlı sülh gətirməyə çağırırıq.

İslam Əməkdaşlıq Təşkilatı Əfqanıstanda sülh prosesini dəstəkləyir və Əfqanıstan xalqı üçün sülhün bərqərar olması üçün regional və beynəlxalq səylərə qoşulmağa və bununla bağlı lazımi əlaqələri qurmağa hazırdır.

Biz İƏT-in Kabildəki missiyasının rolunu təşviq etməyə, onu Əfqanıstan xalqı üçün humanitar və inkişafa yardım əməliyyatlarının koordinasiyası üzrə tam məsuliyyətini yerinə yetirmək üçün maliyyə, insan və maddi-texniki resurslarla təmin etməyə çağırırıq”.

İclasda digər ölkələrin XİN başçıları Əfqanıstanda humanitar vəziyyətin həlli ilə bağlı bir sıra təkliflər səsləndiriblər, Asiya ölkəsindəki böhrandan çıxış yolu barədə təşəbbüslərlə çıxış ediblər.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak edir.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, təşkilatın təsisçi dövlətlərindən biri olan Əfqanıstanda vəziyyətin gərginləşməsi regional və qlobal səviyyədə ciddi problemlər yaradır və ümumi narahatlıq mənbəyidir. Əfqanıstandakı böhranın dəhşətli humanitar nəticələri yüz minlərlə günahsız insanın həyatını təhlükə altına qoyduğu üçün bütün beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməsini tələb edir.

İslam həmrəyliyinin nəcib prinsipi əsasında qurulan İƏT-in bu çətin zamanda əfqan bacı və qardaşlarımızın yanında olmaq məsuliyyəti var. Humanitar yardım sahəsində son illərdə toplanmış mühüm təcrübə və yaradılmış mexanizmlər və təsisatlar sayəsində İƏT Əfqanıstandakı humanitar vəziyyətin həllində aparıcı rol oynamaq üçün yaxşı mövqeyə malikdir.

Təşkilatın məsul üzvü kimi Azərbaycan, İƏT-in bu istiqamətdə səylərini dəstəkləməyə hazırdır”.

Ceyhun Bayamov səfər çərçivəsində ikitərəfli görüşlər keçirib. Belə ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistan İslam Respublikasının xarici işlər naziri Şah Mahmud Qureşi arasında görüşüb. Görüşdə ikitərəfli ticarət, sərmayə, enerji sahələrində əməkdaşlığın inkişafı perspektivləri vurğulanıb.

Azərbaycanın XİN başçısı həmçinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Nazirlər iki qardaş ölkə arasındakı strateji münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar.

Tərəflər Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə irəli sürülən 3+3 əməkdaşlıq formatının ilk görüşünün nəticələrini müzakirə ediblər. Əməkdaşlıq mexanizminin irəli aparılmasında maraq ifadə ediblər.

İƏT Xarici İşlər Nazirləri Şurasının üzvləri iclasın sonunda xatirə fotosu çəkdiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Ən çox oxunanalar