Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özbəkistandan gətirilən 31 ton kişmiş zərərsizləşdirilib

Azərbaycana xarici ölkələrdən idxal edilən bütün yeyinti məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən risk əsaslı ekspertizaya cəlb edilir

 

Qurumdan verilən xəbərə görə, agentliyin mütəxəssisləri tərəfindən Özbəkistandan Azərbaycana idxal edilən 31 ton quru üzümün də ekspertizaya cəlb edilməsi həyata keçirilib. Məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib. Laborator müayinələr nəticəsində məhsuldan götürülmüş nümunələrdə kif maya göbələyi aşkar edilib. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən sahibkara kif maya göbələyinə yoluxan məhsulun termiki emaldan keçirilməsi tövsiyə olunub.

Odur ki, adıçəkilən məhsulun bir hissəsi termiki emaldan keçirilib və ondan təkrar nümunə götürülüb. Təkrar müayinələr nəticəsində termiki emaldan sonra məhsulda kif maya göbələyi aşkarlanmayıb və quru üzümün normativ texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib. Kif maya göbələyi bakteriyalar kimi əlvərişli şəraitlərdə sürətlə inkişaf edərək insan sağlamlığı üçün təhlükə yaradır. Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam qida ilə təminatı istiqamətində mütəmadi tədbirlər həyata keçirir və bu tədbirlər bundan sonra da davam etdiriləcək.

pia.az


Etiket: Özbəkistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Ən çox oxunanalar