Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva avqustun 23-də Daşkənddə “Mexrli” məktəbi ilə tanış olublar...

Poliqon xəbər verir ki, birinci xanımlara məktəb barədə məlumat verildi.

Bildirildi ki, Uşaq Hematologiya, Onkologiya və Kliniki İmmunologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən məktəbdə fasiləsiz və keyfiyyətli təhsili təmin etmək məqsədilə uzun müddət xəstəxanada müalicə alan və adi məktəbə və ya uşaq bağçasına gedə bilməyən uşaqlara məktəbəqədər, o cümlədən ümumi orta təhsil verilir. Məktəb həm də valideynlərin bu prosesə cəlb edilməsi ilə uşaqların tam reabilitasiyasına və sosiallaşmasına şərait yaradır. Tədris prosesində sırf rəqəmsallaşdırılmış dərslik və kitablardan istifadə olunur.

Qeyd edildi ki, Mərkəzdə müalicə alan 1-11-ci sinif şagirdləri üçün ümumi orta təhsil Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planı və təhsil proqramlarına uyğun olaraq ayrıca hazırlanmış kurikulum əsasında 12 fənn üzrə həyata keçirilir. Məktəbin yaradıcılıq studiyasında uşaqlara musiqi və təsviri incəsənət fənləri öyrədilir.

Sonra birinci xanımlar uşaqlarla görüşdülər və onların əl işləri ilə tanış oldular.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva avqustun 23-də Daşkənddə “Mexrli” məktəbi ilə tanış olublar.

Bu barədə "Report"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Ən çox oxunanalar