Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ordu Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa hazırlaşır?..

Ermənistanda ordunun hakimiyyət çevrilişi edəcəyi barədə iddilar səsləndirilir...

Politoloq: “Ermənistanda hərbi çevrilişin olması məsələsi hələ ki, real görünmür”.

“Paşinyanın hakimiyyətdə qalması Rusiyanın maraqlarına cavab verir. Çünki Rusiya artıqPaşinyanı istədiyi vəziyyətdə idarə edə bilir”.

Bu sözləri politoloq Əhəd Məmmədli son hadisələrdən sonra Oaşinyanln sarsılan mövqeyini PİA.az-a şərh edərkən qeyd edib.

2018-ci ildə baş verən kütləvi etirazlar dalğasında hakimiyyətə gələn Nikol Paşinyan, 44 günlük müharıbədın sonra özü küçə qiyamları ilə üzləşib. Hazırda Paşinyanın istefasını 17 müxalifət partiyası, bir çox ictimai xadimlər, o cümlədən Ermənistan prezidenti Armen Sarkisyan və bütün ermənlərin katalikosu Qaragen də tələb edir. Lakin Paşinyan israrla istefa verməyəcəyini bildirir.

Son Hadrut hadisələrindən sonra isə Ermənistanda Paşinyanın vəziyyəti tamamilə sarsılmış kimi görünür. Bəzi erməni ictimai fəalları hesab edirlər ki, Paşinyanı konstitutsion yolla dəyişmək mümkün olmadığına görə, mövcud situasiyada Ermənistanda hərbi çevrilişin olması qaçınılmazdır.

Paşinyanın gələcək taleyini barədə nə demək olar? Həmçinin yeni ilə qədər Ermənistanda hakimiyyət dəyişikliyini mümkün hesab etmək olarmı və Ermənistan ordusunun çevriliş etmək və Paşinyan hökümətini devirmək imkanları real görünürmü?

Ermənistandakı vəziyyət və hərbi çevrilişin mümkünlüyü ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Əhəd Məmmədli: “İndi Paşinyan o qədər də çıxılmaz vəziyyətdə deyil”.

Paşinyan Rusiyanı narazı salsa, bu zaman Moskvanın Ermənistanda hərbi çevrilişə cəhd edə bilməsini proqnoz edən politoloq PİA.az-a açıqlamasında qeyd edub ki, bütün halllarda Paşinyan Ermənistanda vəziyyətə tam nəzarət edə bilmir:

“Paşinyanın hakimiyyətdə qalması Rusiyanın maraqlarına cavab verir. Çünki Rusiya artıqPaşinyanı istədiyi vəziyyətdə idarə edə bilir və onu tam özündən asılı hala salıb. Bir yandan da biz müxalifətin iri miqyaslı mitinqlər keçirə bilmədiyini gördük. Bunun da obyektiv səbəbləri var.

Qeyd edim ki, erməni xalqının içində hələ də Paşinyanı dəstəkləyən qrup var. Yəni xalqın içində çoxları düşünürlər var ki, Paşinyanın başqa yolu qalmamışdı və o ən pisinin yaxşısını edib. Erməni xalqı bu tərəfdən haqlıdır.

Düşünürəm ki, indi Paşinyan o qədər də çıxılmaz vəziyyətdə deyil. Amma Paşinyan Rusiyanı narazı salsa, bu zaman Moskva Ermənistanda hərbi çevrilişə cəhd edə bilər. Onsuz da Paşinyanın Ermənistanda vəziyyətə tam nəzarət etdiyi görünmür. Ermənistan ordusunda isə daha çox Rusiyanın nəzarəti olduğu görünür. Hətta Araik Arutyunyan da çıxışlarında Paşinyandan narazı olduğunu gizlətmir. Beləliklə görünür ki, Paşinyan bir çox sahələrə, o cümlədən ordu üzərində nəzarəti itirib.

Əhəd Məmmədli: “Ermənistan ordusunda daha çox Rusiyanın nəzarəti olduğu görünür”.

Amma bir daha qeyd edim ki, Rusiya Paşinyandan narazı qalsa və Paşinyan Qərbə tərəf addım atsa, Putin onu cəzalandıra bilər. Həmçinin Rusiya Ermənistanla oyun oynamaq da istəmir, çünki Rusiyanın hərəkətləri erməni cəmiyyətində qıcıq doğura bilər və erməni cəmiyyəti Paşinyanı dəstəkləyə bilər. Hazırda Ermənistanda çox ciddi anti-rus əhval-ruhiyyəsi var. Erməni cəmiyyəti Qarabağın onlardan alınmasına görə Rusiyanı günahkar bilir və düşünürlər ki, Rusiya onları satdı.

Düşünürəm ki, orduda Rusiyanın nəzarəti güclü olduğuna görə Ermənistanda hərbi çevrilişin olması məsələsi hələ ki, real görünmür. Əgər bunun əksi olsaydı, genralitet çoxdan hakimiyyəti ələ alardı. Ona görə də Paşinyanın bir müddət də iqtidarda qalacağı görünür. Bu hakimiyyət Qarabağ münaqişəsi tam həll olunana qədər də uzana bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası haqqında qərarın qəbulu müddəti başa çatıb

Ən çox oxunanalar