Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədovun keçmiş kürəkəni Londondakı sonuncu şirkətini də satdı

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun keçmiş kürəkəni Kamran Balayev Londondakı şirkətini satıb.

PİA.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumata əsasən, 2018-ci ildə “International Risk Ltd” adı ilə qeydiyyata alınan və 2021-ci ilin oktyabr ayından etibarən “E-London Ltd” adlanan şirkətin yeni sahibi Hollandiya vətəndaşı olan 1962-ci il təvəllüdlü Gülşən Qorxmaz qızı İbrahimovadır. Şirkətin direktoru isə Rusiya vətəndaşı olan 1997-ci il təvəllüdlü Ksenya Klimova olub. Bu ilin iyun ayının 21-də şirkətin hüquqi ünvanı da dəyişib. Şirkət son bir aydır “Lower Ground Floor West, 17 Nottingham Street, London, W1U 5EW” ünvanında yerləşir.

Məlumat üçün: 1981-ci il təvəllüdlü Kamran Balayev 2002-ci ildə Oqtay Əsədovun qızı Nərminə Əsədova ilə evlənib. 2012-ci ildə Ədliyyə Akademiyasının rektor əvəzi olan Kamran Balayev ilə Oqtay Əsədovun qızı arasında qalmaqallı boşanma prosesi baş tutub. Məhkəmə çəkişmələrindən sonra Kamran Balayev Londona köçüb. 2013-cü ildə Londonda 2 şirkət – “Attorneys Without Borders” və “Varsity Court Limited” şirkətlərini təsis edib. 2014-cü ildə daha bir şirkət - “International Jurisdications Ltd” şirkətini qeydiyyata aldırıb. Bir neçə ildən sonra bu şirkətlər ləğv edilib. Kamran Balayev 2018-ci ildə təsis etdiyi şirkəti - “International Risk Ltd” (yeni adı “E-London Ltd”) şirkətini isə qeyd etdiyimiz kimi bu il Gülşən İbrahimovaya satıb.

Adını qısaldaraq özünü “Kam” olaraq təqdim edən Kamran Balayev 2020-ci ildə London meri vəzifəsinə namizədliyini irəli sürüb. Açıqladığı tərcümeyi-halında Kembric Universiteti və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunu olduğunu bildirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

“Motivasiya spikeri” olan YAP-çının Qubadakı “ev tapşırığı”

Ən çox oxunanalar