Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ömər Çelik: “Türkiyə bütün terror təşkilatlarını məhv etməyə qadirdir”

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə “Pəncə-Qılınc” adı altında xüsusi antiterror əməliyyatı keçirib...

“Hansı ölkənin himayəsində olmasından asılı olmayaraq Türkiyə bütün terror təşkilatlarını məhv etməyə qadirdir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik tviter hesabında yazıb.

“Terrorizm bəşəriyyətin düşmənidir. Bu bəşəriyyət düşmənlərinə qarşı ən təsirli mübarizə aparan ölkə Türkiyədir. Hansı gücə tabe olmasından asılı olmayaraq, bütün terror təşkilatlarını məhv etmək gücümüz var”, - o yazıb.

Bundan əlavə, Çelik bildirib ki, yeni əməliyyat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın daha əvvəl “bir gecədə qəfil gələ bilərik” sözləri ilə səsləndirdiyi mütləq qətiyyəti əks etdirir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri İraqSuriyanın şimalında Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə “Pəncə-Qılınc” adı altında xüsusi antiterror əməliyyatı keçirib.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyat zamanı günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb.

Qeyd olunub ki, terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları, terror təşkilatının qondarma qərargahı məhv edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar