Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölü yerində də tort? - Din xadimi qınadı

Yas mərasimində yenilik

Bir neçə gündür ki, sosial şəbəkədə üstünə "Allah rəhmət eləsin" yazılmış tort şəkli paylaşılır. İddia olunur ki, bu, yas mərasimlərindən birində çəkilmiş fotoşəkildir.

Bu paylaşım insanların böyük qınağına səbəb olub. Hətta bəziləri bu şəkilə "şamı da mərhum üfürəcək", "ölən adamın şirinliyidir?" tipli ironiyalı rəy bildiriblər.

Bir qayda olaraq, yas mərasimindəki ehsan süfrələrində halva, qoğal, xurma, turşməzə konfet kimi şirniyyat növləri qoyulur. Baxmayaraq ki, bunu da düzgün hesab etməyənlər az deyil. Bəs belə olan halda yas məclisində tort bişirilməsi, üzərinə "Allah rəhmət eləsin" yazılması nə dərəcədə düzgündür?

Geniş müzakirəyə səbəb olan və etirazla qarşılanan bu hal dində günahdırmı? Ölüyə tort bişirmək olarmı?

PİA.az bildirir ki, məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş" məscidinin imam camaatı Hacı Şahin Həsənli Modern.az-a danışıb.

Din xadimi deyib ki, İslamda bu kimi məsələ ilə bağlı hər hansı bir hökm və ya göstəriş yoxdur:

"Dində bu barədə qadağa olmasa da, yas mərasimlərinin özünəməxsus, yüz illərlə formalaşmış qayda-qanunları var. Əgər insanlar tort bişirməyə gülüş obyekti kimi səthi yanaşırlarsa, bunu edən adamlar həmin əməldən çəkinsələr, daha yaxşı olar. Çünki tort bişirilməsi yas mərasiminə qarşı ikrah hissi yaradır və həmin məclis öz məğzindən çıxaraq, gülüş obyektinə çevrilir. Mən şəxsən bu cür halları məqsədəuyğun hesab etmirəm.

Ümumiyyətlə, bu kimi məslələrdə din qəti göstərişlər vermir, məsələni insanların öz öhdəliyinə buraxır. İnsanlar da ağılları ilə düşünüb doğru-düzgün qərar versinlər. Dinimiz ümumi olaraq deyir ki, insanlar çalışsınlar barmaqla göstəriləcək bir hərəkət etməsinlər ki, kimlərəsə özlərini güldürməsinlər. Bu cür qaydalardan çıxış edərək, insanlar müəyyənləşdirməlidirlər ki, hansı addımı atmaq olar, hansını yox".

pia.az


Etiket: yas mərasimi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar