Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkəyə idxal olunan aksizli mallar vergidən azad ediləcək

Azərbaycanda Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq olunub

Dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək UEFA Avropa Liqasının final matçı və AVRO-2020-nin oyunları ilə əlaqədar ölkəyə idxal olunan aksizli mallar aksizdən azad ediləcək.

Dəyişikliklərə aşağıdakılar daxildir:

– Malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb edilmiş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində, qeyri-rezident futbol klublarının oyunçularının və işçilərinin həmin oyunlar ilə bağlı əldə etdiyi gəlirlər gəlir vergisindən azad olunacaq.

– UEFA-nın, onu təmsil edən və onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident futbol klublarının (assosiasiyalarının) həmin oyunla və çempionatla bağlı əldə etdiyi gəlirləri mənfəət vergisindən azad olunacaq.

– UEFA, onun yaratdığı qeyri-rezident hüquqi şəxslər və qeyri-rezident futbol klubları (assosiasiyaları) tərəfindən həmin oyunla bağlı malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ƏDV-dən azad ediləcək və ya ƏDV sıfır dərəcə ilə tutulacaq.

Qanun oyunların keçirildiyi müddətdə – 2019-cu il martın 1-dən 2020-ci ilin 1 avqustunadək qüvvədə qalacaq/Report.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

DİM elektron imtahanlar korpusunda ilk imtahanını keçirib - Yenilənib

Ən çox oxunanalar