Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Odlar Yurdu Universiteti bağlanır? - Universitet tələbə üzünə həsrət qalıb…


2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul üçün yerlər ayırmış 43 ali məktəbdən 39-da plan yerləri dolmayıb


Bu siyahıda ən pis göstərici Odlar Yurdu Universitetinə aiddir. 

Təhsil ocağında 600 plan yerindən yalnız 68-i tutulub. Bununla da 11,3 faiz göstərici ilə universitet sonuncu pillədə qərarlaşıb.

Universitet rəhbərliyindən verilən açıqlamada bu nəticədən sonra təhsil haqlarının aşağı salınacağı bildirilib: “Plan yerinin dolmaması təbii ki, təsirsiz ötüşməyəcək. Ancaq universitetin nəzdində Odlar Yurdu Kolleci, lisey və Britaniya Məktəbi fəaliyyət göstərir, bu təhsil ocaqlarında sözügedən problem yoxdur”.

Universitet artıq endirim kampaniyalarına start verib. “Odlar Yurdu”ndan verilən rəsmi açıqlamaya görə, I turda qəbul olunan tələbələr 4 il ödəniləcək təhsil haqqının 20%-indən azad olunublar. II turda boş qalan yerlərə qəbul olunanlar isə I kursun ödənişlərindən azad ediliblər.

Universitetdə digər bir yenilik isə bütün ödənişli əsaslarla oxuyan tələbələrə şamil olunub: əla qiymətlərlə oxuyan tələbələr növbəti ilin təhsil haqqından azad ediləcək.

Xatırladaq ki, 2016/2017-ci tədris ili üzrə respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 41.736 yer ayrılıb. Müsabiqədə iştirak etmiş abituriyentlərdən 34.771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12.315 nəfər dövlət sifarişi əsasında, 22.456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Qəbul planı 83.31% dolub.(axdair ar.az)

Qeyd edək ki, bu arada Odlar Yurdu Universitetinin bağlanacağına dair iddialar yayılıb.  Hər halda Universitetin planın cəmi 10 faiz dolması bu ehtimalı yaradır. Bir neçə il belə davam edərsə, Universiteti saxlamaq mümkün olmayacaq.   Bu üzdən də Universitet rəhbərliyi “endirim kampaniyalarına” start verib. Ancaq abuturiyentlərin Odlar Yurdu Universitetini seçməməsi yalnız təhsil haqqı ilə bağlı deyil.

Universitetdə təhsil haqqının yüksək olması ilə  yanaşı təhsilin səviyyəsindən də ciddi şikayətlər var. Eyni zamanda tələbələrdən imtahanlarda, xüsusən dövlət imtahanı zaman yüksək məbləğdə pul alınmasına dair yayılan məlumatların da abuturiyentlərin bu ali məktəbi seçməməsinə təsir etdiyi şübhəsizdir. Universitet rəhbərliyi tələbə yığmaq istəyirsə, belə hallara son qoymağı da düşünməlidir. (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Ən çox oxunanalar