Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nur-Sultan-Bakı aviareysi koronavirusa görə ləğv olunur

Martın 5-dən etibarən Qazaxıstandan koronavirus infeksiyasının (COVID-19) yayıldığı ölkələrə uçuşların sayı azaldılacaq...

"APA-Economics"in "Tengrinews"a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf nazirinin müavini Berik Kamaliyev deyib.

"Martın 5-dən etibarən Nur-Sultan-Bakı istiqamətində uçuşlar ləğv ediləcək. Almatı-Bakı və Aktau-Bakı istiqaməti üzrə uçuşlar həftədə bir dəfəyədək endiriləcək. Nur-Sultan-Tokio aviareysi üzrə uçuşların sayı da bir dəfəyədək azaldılacaq", - nazir müavini bildirib.

B. Kamaliyev qeyd edib ki, martın 1-dən bu reyslərə bilet alan sərnişinlər biletləri aldıqları yerdə tam və heç bir pul tutulmadan qaytara bilərlər.

Xatırladaq ki, bundan öncə Qazaxıstanın "SCAT Airlines" şirkəti Aktaudan Bakıya hər gün, "Air Astana" aviaşirkəti isə Nur-Sultandan və Almatıdan Bakıya həftədə iki dəfə uçuşlar yerinə yetirirdi.

"Air Astana" aviaşirkətindən "APA-Economics"ə bildirilib ki, Nur-Sultan-Bakı aviareysinin nə vaxt bərpa olunacağı hələ məlum deyil.

Qeyd edək ki, koronavirusun yayılması ilə əlaqədar olaraq Qazaxıstan İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. Hökumət 480 Qazaxıstan vətəndaşını Çindən təxliyə edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Ən çox oxunanalar