Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pezeşkian polis təcridxanasındakı şəxsin işgəncə ilə öldürülməsi faktını araşdırmağı tapşırıb

İran Prezidenti Məsud Pezeşkian ölkənin şimalında yerləşən Lahican şəhərində saxlanılan şəxsin ölümü ilə bağlı araşdırma aparılmasına dair göstəriş verib...

APA xəbər verir ki, bu barədə hökumətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elias Həzrəti bildirib.

“Lahicandakı faciəli hadisədən sonra Prezident daxili işlər nazirinə bu hadisənin bütün aspektlərini araşdırmaq və nəticələrini mümkün qədər tez kabinetə bildirmək üçün komissiya yaratmağı tapşırıb”, - o qeyd edib.

İranlı fəalların hüquqlarını müdafiə edən “Hengaw” təşkilatı bildirib ki, 36 yaşlı Məhəmməd Mirmusəvi avqustun 24-də xüsusi təyinatlı polis əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra o, Lahican rayonunda polis bölməsinə aparılıb və orada işgəncələrə məruz qalaraq ölüb.

Qeyd edək ki, sosial medianın İran seqmetində Məhəmməd Mirmusəvinin işgəncəyə məruz qaldığı görüntülər yayıldıqdan sonra hadisə ilə bağlı beş polis saxlanılıb. Lahican prokuroru Məhəmməd Mirmusəvinin ölümündə iştirak ittihamı ilə ərazidə olan 5 polis əməkdaşının müvəqqəti saxlanıldığını təsdiqləyib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar