Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı islah koloniyasının (İK) məhbus iğtişaşları zamanı xəsarət alan üç əməkdaşı hazırda reanimasiyadadır...

Oxu.Az Rusiya "Teleqram" kanallarına istinadən xəbər verir ki, onlardan birinin vəziyyəti kritik, digəri - Roman Ponomarevin isə son dərəcə ağırdır. Aleksey Lıqin üzündə deşilmiş yaralar və kəllə sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

İK-19-un digər əməkdaşı Yuri Mavrinin üzündə və başında yaralar var. Məlumata görə, huşunu itirmiş məhbuslardan biri Aleksandr Boyko da İK-19-da aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun sağ qalma şansı azdır - çox qan itirib.

İK-19-un rəhbəri Andrey Devyatovun başında çoxlu yaralar var.

"SHOT" "Telegram" kanalının məlumatına görə, onun başına çəkic və şüşə butulka vurublar. Hazırda reanimasiyadadır.

***

Rusiyanın Volqoqrad vilayətində İK-19 islah koloniyasına hücum edənlərin adları məlum olub və onlardan bir neçəsinin fotoşəkilləri ortaya çıxıb.

Bu barədə Oxu.Az Rusiya "Telegram" kanallarına istinadən xəbər verir.

1) Özbəkistandan olan 28 yaşlı Ramzindin Toşev - narkotik satışı maddəsi üzrə 8 il müddətinə azadlıqdan məhrum edilib;

2) Tacikistandan olan 28 yaşlı Nazirçon Toşov;

3) Özbəkistandan olan 29 yaşlı Temur Xusinov - qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib;

4) Tacikistandan olan 23 yaşlı Rustamçon Navruzi narkotik satışı maddəsi üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.

***

Rusiyanın Volqoqrad vilayətində 19 saylı islah koloniyasının ələ keçirilməsi zamanı ölənlərin sayı artıb.

Bu barədə Oxu.Az Rusiya "Telegram" kanallarına istinadən xəbər verir.

Məlumata görə, hücum zamanı 3 nəfər ölüb. Ən azı iki nəfər terrorçuların əlindən qaça bilib ki, onların arasında bir islah koloniyası məmuru, bir məhbus var. Onlar xəstəxanaya yerləşdiriliblər.

Həmçinin tezliklə radikallarla danışıqlar aparmaq üçün Volqoqrad məscidindən mollanın gətiriləcəyi deyilir.

***

Rusiyanın Volqoqrad vilayətində məhbuslar 19 saylı islah koloniyasını ələ keçiriblər.

Bu barədə Oxu.Az Rusiya "Telegram" kanallarına istinadən xəbər verir.

Məlumata görə, koloniyada üsyan baş verib. Bir neçə məhbus Federal Penitensiar Xidmətinin dörd əməkdaşını girov götürüb və birini öldürüb. Həmçinin üç nəfərin də yaralandığı bildirilir.

Koloniyaya xüsusi təyinatlılar cəlb edilib. Hücum edənlər özlərini İŞİD üzvü adlandırırlar.

Zorakılıq aktı intizam komissiyasının iclası zamanı baş verib. Beşə qədər əməkdaş girov götürülüb.

İlkin məlumata görə, hücum edənlərin sayı dörd nəfər olub. Ümumilikdə müəssisədə 1 230 məhbus var.

Volqoqrad koloniyasında əməkdaşları girov radikallar ölkəni tərk etmək üçün pilotlu helikopter, iki milyon dollar və cənub-şərq istiqamətində hava dəhlizi tələb ediblər. Bundan sonra girovları azad edəcəklərinə söz veriblər.

Hazırda İK-19-a gedən yol bağlanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Ən çox oxunanalar