Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon: Rusiya Ukraynaya cavab verməkdə çətinlik çəkir...

ABŞ Rusiyanın Ukraynanın hücumuna cavab vermək üçün az sayda hərbi qüvvələrini Kursk bölgəsinə köçürməsinin əlamətlərini görüb...

Poliqon xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor Pat Rayder bildirib.

"Mən deyərdim ki, ümumilikdə Rusiya cavab verməkdə çətinlik çəkir. Siz isə Ukraynada müəyyən uğurları görməkdə davam edirsiniz. Amma yenə də sizi Ukraynaya, onun əməliyyatları haqqında danışmağa, Rusiyaya isə öz qüvvələri haqqında danışmağa yönəldirirəm", deyə general-mayor bildirib.

Sözçü Kiyevin Vaşinqtondan silah sistemləri və digər yardımlar istəməsi sualına da cavab verməkdən imtina edib:

"Artıq qeyd etdiyim kimi, sentyabr ayında biz Ukrayna Müdafiə Əlaqə Qrupunu keçirəcəyik. Bu, həmişə müttəfiqlərimiz və tərəfdaşlarımızla görüşmək və Ukraynanın ən təcili müdafiə ehtiyaclarını müzakirə etmək imkanıdır".

Qeyd edək ki, Ukraynanın Rusiya ərazisinə hücumu avqustun 6-da başlayıb. Ukrayna ordusu rusları hazırlıqsız yaxalayıb və çox sayda əsgəri əsir götürməklə yanaşı, Kursk vilayətində mühüm irəliləyiş əldə edə biliblər.

Ötən gün prezident Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ordusunun hazırda 1250 kvadrat kilometrdən çox Rusiya ərazisinə nəzarət etdiyini açıqlayıb. Ukraynanın hücumuna yalnız iki ölkə - Şimali Koreya və Suriya qarşı çıxıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Ən çox oxunanalar