Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstan BMT-nin xüsusi məruzəçisinin ölkəyə səfərini qadağan edib

“Taliban” hərəkatının rəsmi nümayəndəsi Zəbihullah Mücahid BMT-nin Əfqanıstandakı insan haqları üzrə xüsusi məruzəçisi Riçard Benneti ölkədəki vəziyyətlə bağlı təbliğat aparmaqda və məlumatları təhrif etməkdə ittiham edib...

Poliqon xəbər verir ki, bu barədə Əfqanıstan telekanalı “Tolo News” məlumat yayıb. Zabihullah Mücahidnqeyd edib ki, bundan sonra Bennettin Əfqanıstana daxil olması qadağandır.

“Cənab Bennetin Əfqanıstana səfəri qadağandır, çünki o, Əfqanıstanda təbliğat aparmaqla məşğuldur. O, etibar etdiyimiz biri deyil. Artıq onun bura gəlməsinə icazə verilmir. Bennet xırda problemləri şişirdib beynəlxalq ictimaiyyətə yayır”, deyə Zəbihullah Mücahid bildirib.

Xatırladaq ki, “Taliban” 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib.

Riçard Bennet 2022-ci ilin aprelindən BMT-nin Əfqanıstan üzrə xüsusi məruzəçisi vəzifəsində çalışır. O, hesabatlarında dəfələrlə ölkədə insan hüquqlarının pozulmasına, o cümlədən əfqan qadınlarının hüquqlarının pozulmasına diqqət çəkib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar