Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir ölkədə meymunçiçəyinə yolxuma aşkarlanıb

Taylandda meymunçiçəyi tip 1b xəstəliyinə ilk yoluxma halı qeydə alınıb...

Poliqon xəbər verir ki, bu barədə "Nation" qəzeti məlumat yayıb.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Departamenti bunun xaricdən gələn bir hadisə olduğunu açıqlayıb. Virus Afrika ölkəsindən Taylanda gələn xəstədə aşkarlanıb.

2022-ci ilin yanvarından 2024-cü ilin 11 avqustuna qədər Taylandda 827 meymun çiçəyi hadisəsi bildirilib, bunların hamısı 2b variantı ilə əlaqələndirilib.

Meymunçiçəyi ağrılı bir səpgi, şişkin limfa düyünləri və atəşə səbəb ola bilər. Bu xəstəliyin heyvandan insanlara ilk ötürülməsi halı 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb.

ÜST meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə vəziyyət elan edib. 2024-cü ildə qeydə alınan xəstəliyə yoluxma hallarının sayı keçən ilki rəqəmlərə nisbətən iki dəfə artaraq 14 minə çatıb. Artıq Avropada da ilk fakt aşkarlanıb. Belə ki, İsveçrədə Afrikadan gələn bir nəfərin meymunçiçəyinə yoluxduğu müəyyən edilib.

Qeyd edək ki, artıq Azərbaycana meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məlumat verib.

Təyyar Eyvazov bildirib ki, meymunçiçəyi (yeni adı mpox) viruslu zoonozdur (heyvanlardan insanlara keçən virus), əlamətləri təbii çiçək xəstəliyinə oxşardır, lakin kliniki olaraq daha yüngül keçir. İnfeksiyanın rezervuarına bir sıra gəmiricilər və insana bənzəməyən primatlar daxildir. İnfeksionist qeyd edib ki, virusun gizli dövrü adətən 5 - 21 gündür. 5 günədək davam edə bilən başlanğıc dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətləri rast gəlir. Qızdırmadan 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır. Azərbaycanda indiyədək virusa yoluxma halları qeydə alınmayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Ən çox oxunanalar