Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden gizli nüvə silahı proqramını təsdiqləyib

ABŞ prezidenti Co Bayden mart ayında yenidən işlənmiş nüvə strategiyasını təsdiqləyib...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb. Nəşr yazır ki, bu barədə ictimaiyyətə açıqlama verilməyib. NYT-nin yazdığına görə, qərar “Çinin nüvə arsenalının sürətlə genişlənməsi” fonunda qəbul edilib.

Sənəd “Nüvə Silahlarının İstifadəsinə dair Bələdçi” adlanır. Məqsəd ABŞ-ni “Çin, Rusiya və Şimali Koreyanın mümkün koordinasiya edilmiş nüvə çağırışlarına” hazırlamaqdır. Amerika hərbi departamenti əmindir ki, yaxın onillikdə Çin öz ehtiyatı və nüvə silahlarının müxtəlifliyi baxımından ABŞRusiya ilə rəqabət apara biləcək.

NYT yazır ki, strategiya hər dörd ildən bir yenilənir, lakin bu sənəd elektron formada mövcud deyil və az sayda çap nüsxəsi yalnız bir sıra milli təhlükəsizlik rəsmiləri və Pentaqonun generalalrına paylanır. İctimai bildirişin Bayden vəzifəsini tərk etməzdən əvvəl Konqresə göndəriləcəyi gözlənilir.

Xatırladaq ki, iyul ayında Birləşmiş Ştatlar nüvə başlıqlarının sayı ilə bağlı məlumatların məxfiliyini ləğv edib. 2023-cü ilin sentyabrına olan məlumata görə, ABŞ-də 3748 nüvə başlığı var.

Stokholm Sülh Araşdırmaları İnstitutu (SIPRI) ötən il doqquz nüvə silahı dövlətinin (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, İsrail və Şimali Koreya) arsenallarını modernləşdirməyə davam etdiyini bildirib. Hesabatda qeyd edilib ki, operativ şəkildə yerləşdirilən nüvə silahlarının sayı artıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Ən çox oxunanalar