Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinken: İsrail əsgərlərinin bir hissəsini Qəzzadan çıxarmağa razıdır...

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, İsrail Qəzza zolağında atəşkəs razılaşmasının bəzi İDF bölmələrinin anklavdan çıxarılmasını nəzərdə tutan bəndini təsdiqləyib...

Poliqon CNN-ə istinadən xəbər verir ki, Blinken İsrail əsgərlərinin tərk edəcəkləri ərazilər və qrafikin hələ razılaşdırılmadığını qeyd edib.

Avqustun 20-də gecə, Entoni Blinken Qəzza zolağındakı vəziyyəti həll etmək məqsədi ilə davam edən Yaxın Şərq turu çərçivəsində Qətərə gəlib. Dohada ABŞ Dövlət katibi əmir Təmim bin Həməd əl Tani ilə danışıqlar aparıb. Onlar xüsusilə atəşkəs və İsrail girovlarının qaytarılması üçün Amerikanın sülh planını müzakirə ediblər. Amerika rəsmiləri layihənin həm İsrailin, həm də Fələstinin HƏMAS hərəkatının istəklərini nəzərə aldığını deyirlər.

“Müqavilə İsrail Müdafiə Qüvvələrinin qoşunlarının Qəzzadan çıxarılmasının vaxt cədvəlini və yerlərini çox aydın şəkildə müəyyən edir və İsrail bununla razılaşıb”, deyə Qətəri tərk etməzdən əvvəl mətbuat konfransında çıxış edən Blinken bildirib.

Xatırladaq ki, HƏMAS daha əvvəl Amerika planını tənqid edərək, bu planın vasitəçilərin müzakirə etdiyi təkliflərə uyğun olmadığını bildirmişdi. Hərəkat nümayəndələrinin sözlərinə görə, ABŞ öz layihəsinə İsrail redaktələrini daxil edib və HƏMAS bunu rədd edib. Qətərin “Əl-Ərəbi Əl-Cədid” qəzetinin məlumatına görə, söhbət xüsusilə İsrailin Qəzza və Misir sərhədindəki “Filadelfiya” dəhlizində öz ordusunu saxlamaq tələbindən gedir.

Qeyd edək ki, Qəzzada atəşkəsə dair danışıqların növbəti mərhələsi avqustun 22-də Qahirədə başlayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar