Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Farionun qətli ilə bağlı: Cinayətkar haqqında daha çox məlumat ortaya çıxır

Ukrayna hüquq-mühafizə orqanları Lvovda keçmiş deputat İrina Farionu qətlə yetirən şəxslə bağlı daha geniş məlumata malikdir...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində bildirib. O, bu işlə bağlı Ukraynanın daxili işlər naziri İhori Klimenkonun məruzəsini dinləyib.

"İrina Farionun qətlinin araşdırılması davam edib. Bu, çətin prosesdir, lakin bütün lazımi qüvvələr cəlb olunub və bu cinayəti törədən şəxslə bağlı daha çox məlumat ortaya çıxır", deyə prezident bildirib.

Qeyd edək ki, iyulun 19-da axşam saatlarında naməlum şəxs qadını evinin yaxınlığında güllələyib. Farion ağır vəziyyətdə xəstəxanaya aparılıb, cinayətkar hadisə yerindən qaçıb. Daha sonra həkimlər İrina Farionun ölümünü elan edib. 

Hücum Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi (Qəsdən adam öldürmə) ilə tövsif edilir. Qatili 15 ilə qədər həbs gözləyir.

Hücumdan dərhal sonra hücum edənin axtarışı üçün şəhərdə xüsusi polis əməliyyatı elan edilsə də, o, hələ də tapılmayıb.

Milli Polis axşam saatlarında qətldə əli ola biləcək bir adamın müşahidə kameralarından çəkilmiş foto və videoları yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun şəxsiyyətinin müəyyənləşdirilməsində kömək istəyirlər.

Poliqon.info

 


Etiket: Zelenski Fario Qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar