Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Makronun Ermənistanı silahlandırmaqla  bağlı söylədiyi fikirlərin heç bir əsası yoxdur...

Fransa prezidenti Azərbaycan haqqında bir sıra fikirlər səsləndirib...

Samir Hümbətov: “Belə zamanda Fransa prezidentindən belə bir açıqlamanın gəlməsi bizə onu deməyə əsas verir ki, rəsmi Paris mümkün imkanlardan istifadə edərək bölgədə formalaşması mümkün olan sülhün qarşısını almaq istəyir”.

“Fransa açıq şəkildə Ermənistanı silahlandırmaqla bölgədə yeni bir güc yaratmağa çalışır”.

Bu fikirləri politoloq Samir Hümbətov Fransa prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirləri Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Oksfordda Fransa prezidenti Emmanuel Makron Azərbaycan haqqında bir sıra fikirlər səsləndirib və Ermənistanı silahlandırmasını izah etməyə çalışıb.

Mövzunu Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Fransa nəzərə almalıdır ki, Azərbaycan artıq bölgədə güc sahibdir və ciddi geosiyasi fiqurdur”.

Makronun bu açıqlamasının heç bir hüquqi, siyasi əsasının olmadığını vurğulayan politoloq Poliqon-a bildirib ki, silahlandırma bölgədə yalnız və yalnız qarışıqlıq salmağa və münaqişəsinin daha da alovlanmasına xidmət edir:

“Makron dördüncü Avropa Siyasi Toplum Sammiti zamanı Azərbaycana qarşı söylədiyi fikirlərə diqqət yetirdikdə biz görürük ki, Fransanın prezidenti sadəcə və sadəcə bütün imkanlardan istifadə etməklə Azərbaycana qarşı şantaj siyasəti yürütməyə çalışır. Makronun Ermənistanı silahlandırmaları ilə bağlı söylədiyi fikirlərin heç bir hüquqi və siyasi əsası yoxdur. Əksinə, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa çalışır. Azərbaycan Ermənistanla daimi və qalıcı sülh bağlamaq istəyir.

Belə nir zamanda Fransa prezidentindən belə bir açıqlamanın gəlməsi bizə onu deməyə əsas verir ki, rəsmi Paris mümkün imkanlardan istifadə edərək bölgədə formalaşması mümkün olan sülhün qarşısını almaq istəyir. Fransa bölgədə təhlükəsizlik arxitekturasını dağıtmaqla uzunmüddətli təhlükəli vəziyyətin davam etdirilməsinə çalışır.

Samir Hümbətov: “Fransa bölgədə təhlükəsizlik arxitekturasını dağıtmaqla uzunmüddətli təhlükəli vəziyyətin davam etdirilməsinə çalışır”.

Bu proses bizə onu xatırladır ki, ATƏT-in Minsk Qrupunun üzvü olduğu dövrdə Fransanın sülhün əldə edilməsində edə biləcəyi və etmədiyi hərəkətlər bir daha öz təsdiqini tapmış oldu. Fransa açıq şəkildə Ermənistanı silahlandırmaqla bölgədə yeni bir güc yaratmağa çalışır. Amma Fransa nəzərə almalıdır ki, Azərbaycan artıq bölgədə güc sahibdir və ciddi siyasi fiqurdur.

Eyni zamanda da Azərbaycanın ciddi ordusu var və bu ordu istənilən təxribatçı addımların qarışını almağa hazırdır. Bunu Makron da, Fransa da və başqa ölkələr də bilir. Bu baxımdan düşünürəm ki, Makronun bu açıqlamasının heç bir hüquqi, siyasi əsası yoxdur. Erməniləri silahlandırma bölgədə yalnız və yalnız qarışıqlıq salmağa və münaqişəsinin daha da alovlanmasına xidmət edir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ərəstun Oruclu: Putinin Qafqazda ciddi dəstəyə ehtiyacı var...

Ən çox oxunanalar