Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politico: ABŞ kəşfiyyatı İranın Trampa sui-qəsd hazırladığını düşünür...

ABŞ kəşfiyyatı İranın keçmiş prezident Donald Trampa sui-qəsd hazırlamaq üçün “aktiv işlədiyi” barədə artan sübutlar əldə edir...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, İran rəsmiləri bu iddiaları təkzib edib.

Nəşrin məlumatına görə, ABŞ administrasiyası Tehrandan Trampa qarşı “fiziki zorakılıq aktları” ilə bağlı təhdidlər barədə məlumat toplayıb. İran 2020-ci ildə yüksək rütbəli general Qasım Süleymaninin öldürülməsinə görə, Donald Trampdan qisas almağı illərdir planlaşdırdığı iddia edilir. ABŞ səlahiyyətliləri qarşıdakı həftələrdə keçmiş prezidentin həyatına daha çox qəsd ola biləcəyindən ehtiyatlanır və hücumların qarşısını almağa çalışırlar.

CNN xəbər verir ki, yeni sui-qəsd cəhdi gözləntilərinə görə ABŞ Gizli Xidməti son həftələrdə Donald Trampın təhlükəsizliyini gücləndirib.

Qeyd edək ki, İranın xarici işlər naziri Əli Baqeri Kani sui-qəsd cəhdinin hazırlanması ilə bağlı ittihamları rədd edib və əmin edib ki, İran hakimiyyəti Süleymaninin ölümünə görə məsuliyyət daşıyanları cəzalandırmaq üçün yalnız “hüquqi və məhkəmə prosedurlarına” əl atacaq.

“Birbaşa deyirəm ki, biz məsul şəxslərin məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səviyyədə hüquqi və məhkəmə prosedurlarına əl atacağıq. Biz bunu hər zaman etmişik və bu bizim haqqımızdır, əlbəttə ki, bundan sonra da edəcəyik”, deyən Baqeri əlavə edib ki, Süleymaninin qətlinə görə məsuliyyət daşıyanlar ədalətli məhkəmə qarşısında cavab verməlidir.

Xatırladaq ki, 3 yanvar 2020-ci ildə Amerika pilotsuz təyyarəsi İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Qasım Süleymanini havadan endirilən zərbə ilə öldürüb. Daha sonra İranın ali lideri Əli Xamneyi qətlə görə məsuliyyət daşıyanlardan “ciddi qisas” alınacağını vəd edib.

2024-cü il iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı cənab Trampa qarşı cəhd edilib. Güllə Trampın sağ qulağını yaralayıb. Sabiq prezident başqa xəsarət almayıb. Mitinq iştirakçılarından biri ölüb, ikisi yaralanıb. Atəş açan şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğu üzə çıxıb və o, yerindəcə güllələnib.

CNN yazıb ki, İranla sui-qəsd cəhdi arasında əlaqə olduğuna dair heç bir sübut yoxdur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ən çox oxunanalar