Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın BMT-dəki missiyası Trampa sui-qəsd planlarına dair iddiaları rədd edib

İranın BMT-dəki Daimi Nümayəndəliyi bildirib ki, Tehranın Donald Trampa sui-qəsd cəhdində iştirakı ilə bağlı ittihamlar qərəzlidir...

Poliqon IRNA Agentliyinə istinadən xəbər verir ki, Daimi Nümayəndəlik CNN telekanalının İranın ABŞ-ın keçmiş prezidentinə sui-qəsd təşkil etməsi ilə bağlı iddilarına belə cavab verib.

“Bu ittihamlar əsassız və qərəzlidir. İran İslam Respublikası nöqteyi-nəzərindən Tramp Süleymaninin öldürülməsinə göstəriş verdiyinə görə məhkəmədə mühakimə edilməli və cəzalandırılmalı olan cinayətkardır”, deyə nümayəndəlikdən IRNA Agentliyinə bildirilib.

CNN-in iddilarında qeyd olunub ki, İran rəsmiləri İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin rəhbəri Qasım Süleymaninin qətlinə görə ABŞ hərbçilərindən qisas almağa hazır olduqlarını dəfələrlə bəyan ediblər. Xatırladılır ki, General-leytenant 2020-ci ildə ABŞ-ın Bağdad hava limanına raket hücumu nəticəsində həlak olub. Donald Tramp həmin vaxt ABŞ-ın prezidenti idi.

Trampa sui-qəsd iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı baş verib. Güllə ABŞ-ın keçmiş prezidentinin sağ qulağına dəyib. Mitinq iştirakçılarından biri ölüb, ikisi yaralanıb. Atıcının 20 yaşlı Tomas Metyu Kruks olduğu üzə çıxıb və o, ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən yerindəcə güllələnib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar