Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orban Aİ rəhbərliyinə Putinin sülh danışıqlarındakı mövqeyi barədə məktub yazıb

Macarıstanın baş naziri Viktor Orban Rusiyaya səfərindən sonra Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa İttifaqı liderlərinə məktub göndərib...

Poliqon xəbər verir ki, bu barədə “Evropeyskie pravda” portalı məlumat yayıb. Orban məktubunda Ukraynada döyüşlərə son qoymaq üçün Vladimir Putinlə apardığı danışıqların nəticələrini ümumiləşdirib.

Məktubda Orban deyir ki, Rusiya prezidentinin Ukraynadakı vəziyyətə münasibəti Ukrayna prezidenti Vladimir Zelenskinin “təfsirindən əhəmiyyətli dərəcədə fərqlidir.

Həmçinin məktubunda Macarıstanın baş naziri qeyd edir ki, səfər zamanı Avropa Şurası və Aİ adından heç bir təklif irəli sürməyib və heç bir fikir bildirməyib.

Orbanın sözlərinə görə, Ukraynadakı vəziyyətlə bağlı söhbətində Vladimir Putin heç bir halda Rusiya itkilərini qeyd etməyib, lakin Rusiya tərəfinin Ukrayna qüvvələrinin itkilərini necə hesablamasından danışıb. Məktubda itkilərin son həftələrdə artdığı bildirilir.

“Buna görə də Putin Ukrayna prezidentinin müvəqqəti atəşkəs təklifini rədd etməsinə təəccübləndim”, deyə Viktor Orban yazır.

Məktubunda Orban qeyd edir ki, Vladimir Putin, “Ukrayna qüvvələrinin gizli yerdəyişməsi və yenidən təşkilinə xidmət etməyəcək” atəşkəs şərtlərini nəzərdən keçirməyə hazırdır.

Orban əlavə edib ki, Rusiya tərəfi yalnız 2022-ci ilin aprelində İstanbulda danışıqlar zamanı müəyyən edilmiş şərtlərlə razılaşmağa hazırdır. Bundan əlavə, Rusiya Çin və Braziliyanın sülh təkliflərini müzakirə etməyə hazırdır.

Xatırladaq ki, Viktor Orban iyulun 2-də Kiyevə, iyulun 5-də isə Moskvaya gedib. Bild nəşrinə müsahibəsində Viktor Orban bildirib ki, həm Vladimir Putin, həm də Vladimir Zelenski atəşkəs ideyasından imtina ediblər.

İyulun 8-də Viktor Orban Çinə gəlib və orada Çinin sədri Si Cinpinlə görüşüb. O, səfərin məqsədini “sülh missiyası 3.0” adlandırıb.

Orban növbəti səfərinin ABŞ-a olduğunu da bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar